Menu
Geri İrəli

“Avtovağzal” stansiyası bu gün açılır

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Aprel 2016 • Baxış sayı: 1,047 dəfə • Şərh yoxdur

vagzalStansiyaların sayı 25-ə çatacaq.

Bu gün Bakı Metropoliteninin bənövşəyi xəttinin iki stansiyası açılır.

Oxu.Az-ın məlumatına görə, “Avtovağzal” və “Memar Əcəmi” stansiyası sərnişinlərin istifadəsinə veriləcək.

Qeyd edək ki, “Avtovağzal” stansiyasının tikintisinə 2009-cu ildən başlanmışdı. “Memar Əcəmi-2” stansiyası 5 mərtəbədən ibarətdir, stansiyada müxtəlif səviyyəli keçidlərdən istifadə olunacaq. Stansiyanın 3 giriş-çıxışı var. Burada ümumilikdə 4 lift quraşdırılacaq.

Habelə yanğına qarşı avtomatik mühafizə sistemləri, rabitə sistemləri, elektrik avadanlıqları quraşdırılıb.

“Avtovağzal” stansiyasının isə 8 giriş-çıxışı nəzərdə tutulub. Burada 20 eskalator və 8 travelator, həmçinin fiziki qüsurlu insanlar üçün lift də quraşdırılıb.

İki yeni stansiyanın açılışı ilə Bakı Metropolitenini stansiyalarının sayı 25-ə çatacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın