Menu
Geri İrəli

AXCP fəalının işi üzrə proses başlayıb

Müəllif: sumqayitxeber.com • Tarix: 21 İyun 2013 • Baxış sayı: 152 dəfə • Şərh yoxdur

Dünən Sumqayıt şəhər məhkəməsində Aqil Abbasovun sədrliyi ilə qanunsuz narkotik saxlamaqda ittiham olunan AXCP gənc fəalı Daşqın Məlikovun işinə mahiyyəti üzrə baxılması başlayıb. Vəkil Əsabəli Mustafayevin Turan-a verdiyi məlumata görə, prosesdə martın 25-də Məlikovun saxlanmasında iştirak etmiş iki şahid və bir polis dindirilib. Vəkilin sözlərinə görə, onlar ziddiyyətli ifadələr veriblər. Vəkil həmçinin martın 19 və 21-də Məlikovun evinə gələn və onun siyasi fəaliyyəti ilə maraqlanan iki polis əməkdaşının şahid qismində cəlb edilməsi haqqında vəsatət qaldırıb. Bu, işin siyasi xarakterini göstərir, deyə Mustafayev bildirib. Hakim vəsatəti təmin edib. Proses cümə günü davam edəcək. Məlikovun silahdaşları onun həbsinin əsl səbəbinin siyasi fəaliyyəti olduğunu iddia edirlər. Bu müxalifətçi gənclərin siyasi aksiyalarının fəal iştirakçısı olub. Bundan başqa, o, sosial şəbəkələrin fəal iştirakçısıdır. bizimyol.info

Facebook Şərhləndirmə:

Şərhinizi yazın