Menu
Geri İrəli

AXCP Sumqayıt şəhər şöbəsinin 52 üzvü istefa verib?

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Oktyabr 2014 • Baxış sayı: 344 dəfə • Şərh yoxdur

AXCP-loqoAzərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt şəhər şöbəsinin 52 üzvü partiyadan istefa haqqında bəyanat imzalayıb.

APA-ya göndərilən bəyanatda bildirilir ki, üzvlərin istefasına səbəb şöbənin keçmiş sədri Kəmaləddin Rəhimova qarşı aparılan kampaniyadır. Qeyd olunur ki, şöbəyə İsa Qurbanovun sədr seçilməsindən sonra yeni sədrlə, sabiq sədr K. Rəhimov arasında narazılıq yaranıb.

Bəyanatda şöbənin daha əvvəlki sədri Mahir Qulubəyli daxilində qarşidurma yaratmaqda ittiham olunub: “Maddi maraqlarla bəzi gənclər Kəmaləddin Rəhimova qarşı şərəfsizcəsinə şaiyələr yaydılar. Savadlı insanlar sıxışdırıldı. Bütün bunlara etiraz olaraq, AXCP rəhbərliyinə Nizamnamə pozuntuları və qruplaşmalar barədə məlumat verilsə də, araşdırma aparmaq əvəzinə, “süni” konfrans keçirildi, hakimiyyətin “yaxın dostu” İsa Qurbanov bir həftə ərzində AXCP-yə üzv qəbul edildi və şəhər şöbəsinə sədr seçildi. Əlbəttə ki, bu hadisələr zamanı baş verənləri hələlik açıqlamaq istəmirik. Son bir ildə isə 5-6 nəfər savadsızlıqları ilə şəhərdə ad qazanmış “lider cəbhəçi” insanlar artıq bizə bu qərarı verməyə vadar etdi. Təəssüflə qeyd edirik ki, son günlər baş verənlərlə bağlı AXCP rəhbərliyinə məlumat verilsə də, bunlara dur deyən olmadı. Ona görə də, biz aşağıda qeyd olunan AXCP üzvləri, bu təşkilatda üzv qalmağı özümüzə utanc görərək, istefa verdiyimizi bəyan edirik”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə APA-ya açıqlamasında K. Rəhimovun partiya ilə əlaqəsini kəsdiyini deyib:“O, uzun müddətdir ki, AXCP ilə əlaqəsini kəsib. Onun iddiaları tamamilə əsassızdır. Ola bilsin ki, o hansısa təsir vasitəsilə öz gedişini ajiotaj kimi təqdim edir. Onun partiyada heç bir statusu yox idi. Onunla birlikdə partiyanı heç kim tərk etməyib”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın