Menu
Geri İrəli

Axşam qar yağacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Yanvar 2011 • Baxış sayı: 219 dəfə • Şərh yoxdur

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında Yanvarın 20-də hava şəraitinin buludlu keçəcəyi, sulu qar, qar yağacağı, gündüz qarın tədricən kəsəcəyi ehtimal olunur.
Şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 0-2, gündüz 3-5 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
Yanvarın 20-də hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı, gündüz bəzi yerlərdə qarın tədricən kəsəcəyi ehtimal olunur. Şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta təşkil edəcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın