Menu
Geri İrəli

“Ayan” MMC də “Bayram hər evdə yaşansın” aksiyasına qoşduldu

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Dekabr 2015 • Baxış sayı: 561 dəfə • Şərh yoxdur
Share Button

ayan“Qızıl Quyu” limonadlarının və “Beloçka” tumlarının istehsalı ilə məşğul olan “AYAN” MMC də  Sumqayıtda həyata keçirilən “Bayram hər evdə yaşansın” adlı xeyriyyə aksiyasına qoşulub.

Qeyd edək ki, “sumqayitxeber.com” xəbər portalı və “SOS Uşaq Kəndləri- Azərbaycan” Sumqayıt Ailələrə Dəstək Layihəsinin birgə təşəbbüsü ilə Sumqayıt şəhərində aztəminatlı ailələr üçün “Bayram hər evdə yaşansın” adlı xeyriyyə aksiyasına başlayıb.

Aksiya çərçivəsində Sumqayıt şəhərində aztəminatlı ailələrə bayram sovqatının təqdim olunması planlaşdırılır. Bayram günündə ailələri sevindirmək istəyən şəxslər və şirkətlər aksiyaya qoşula bilərlər.
Xeyriyyə aksiya dekabr ayının 27-nə kimi davam edəcək və 26-27 dekabr tarixlərində bayram sovqatı ailələrə təqdim ediləcək.
Aksiyaya qoşulmaq istəyən şəxslər aşağıdakı ünvanlara müraciət edə bilər:
Ünvan: “SOS Uşaq Kəndləri – Azərbaycan” Sumqayıt Ailələrə Dəstək Layihəsinin ofisi, Sumqayıt şəhər 4 –cü mikrorayon, 29/4, mənzil 3.

Əlaqə telefonları:
Mob: 055 794 64 96

055 209 45 00

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın