Menu
Geri İrəli

Azərbaycan ərazisində istilər davam edəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Oktyabr 2013 • Baxış sayı: 165 dəfə • Şərh yoxdur
buludlu-hava
Oktyabrın 13-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, havanın temperaturu gecə 13-16, gündüz 19-23 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da oktyabrın 13-də hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq, lakin axşam ayrı-ayrı yerlərdə yağış yağacağı gözlənilir.

Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 8-13, gündüz 20-25 dərəcə, dağlarda gecə 1-6, gündüz 13-18 dərəcə isti olacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın