Menu
Geri İrəli

Azərbaycan bavariyalı sərmayəçiləri Sumqayıt Kimya-Sənaye Parkına dəvət edir

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Noyabr 2013 • Baxış sayı: 155 dəfə • Şərh yoxdur

stpAzərbaycan Bavariya şirkətlərini Sumqayıt Kimya-Sənaye Parkına investisiya yatırmağa dəvət edir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı şöbəsinin müdiri Hüseyn Paşayev Bakıda keçirilən III Azərbaycan-Bavariya biznes forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Bakıya gələn Bavariya əyalətinin 22 şirkətinin nümayəndələri Azərbaycan üçün vacib olan tikinti, energetika və kimya sənayesi, eləcə də qida sənayesi sektorlarını təmsil edirlər:

“Azərbaycan və Almaniya arasında əməkdaşlıq üçün davamlı normativ-hüquqi baza yaradılıb – 29 hökumətlərarası sənəd imzalanıb”.

Bavariyanın İqtisadiyyat, Mətbuat, Energetika və Texnologiyalar üzrə Dövlət Nazirliyinin Xarici iqtisadiyyat və marketinq şöbəsinin rəhbəri Ulrike Volfun sözlərinə görə, Bavariya Azərbaycan-Almaniya əlaqələrinin inkişafında mühüm rol oynayır.

Onun sözlərinə görə, Azərbaycanda çalışan Almaniya şirkətlərinin 36 faizi Bavariyanı təmsil edir və Azərbaycanın Almaniyadakı şirkətlərinin üçdə biri Bavariyada fəaliyyət göstərirlər.

Biznes forum “Bayern International Gmbh” təşkilatının, Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın