Menu
Geri İrəli

Azərbaycan oktyabrın 28-də qış vaxtına keçəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Oktyabr 2012 • Baxış sayı: 197 dəfə • Şərh yoxdur

Bu il oktyabrın 28-də Azərbaycan qış vaxtına keçəcək. Bu barədə məlumatı Lent.az-a Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli verib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, həmin gün saat 05.00-da respublika ərazisində saatların əqrəbi 1 saat geri çəkilməklə yay vaxtı ləğv ediləcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.

Məlumat üçün bildirək ki, qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr atmosferə atılan tullantıların miqdarını da azaltmış olur.

Avropa Birliyi ölkələri və Amerikanın əksər ştatları hər il bu üsuldan faydalanır. Lakin bəzi səbəblərdən Çin, Yaponiya, Cənubi Koreya, Rusiya və sair ölkələr saatlarının əqrəbini geri çəkməkdən imtina edib.

Jalə Məmmədli, lent.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın