Menu
Geri İrəli

Azərbaycan son on ildə 264 döyüş tankı alıb

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Oktyabr 2013 • Baxış sayı: 196 dəfə • Şərh yoxdur
Azərbaycan 2002-2012-ci illərdə 264 döyüş tankı alıb.

APA-nın məlumatına görə, BMT-nin Adi Silahlar Registrində son on ildə Azərbaycanın Belarus, Ukrayna, Rusiya və Slovakiyadan tanklar aldığı göstərilib.

 2013-cü ildə Rusiyanın Azərbaycana satışını reallaşdırdığı T-90S tankları isə hesabatda yer almayıb. Məlumatlara görə, Azərbaycan Rusiyaya 100 ədəd T-90S tankı sifariş verib.

 Registrdə qeyd olunan məlumatlara görə, Azərbaycan 2002-2012-ci illərdə Belarusdan 153, Rusiyadan 62, Ukraynadan 48, Slovakiyadan isə 1 ədəd döyüş tankı əldə edib.

 Bunların əsas qismi T-72 markalı döyüş tankları olub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın