Menu
Geri İrəli

Azərbaycanda 25 yaşlı qız müavin təyin olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Dekabr 2013 • Baxış sayı: 309 dəfə • Şərh yoxdur

qiz-44Xəbər verdiyimiz kimi, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bir neçə gün öncə birinci müavini Qəzənfər Novruzovu tutduğu vəzifədən azad edib. 

 Modern.az saytına məlum olub ki, Xaləddin İsgəndərov özünə yeni müavin təyin edib. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 4 dekabr 2013-cü il tarixli əmri ilə, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının baş təlimatçısı Əliyeva Aygün Nəzif qızı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini təyin olunub.

Əliyeva Aygün Nazif qızı 29 iyul 1988-ci ildə anadan olub. 2010-cu ildə Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər fakültəsini, 2012-ci ildə müvafiq ixtisas üzrə magistratura pilləsini bitirib. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsi üzrə distant təhsil alır. 2010-cu ildə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ideoloji məsələlər üzrə sədr müavini seçilib. 2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatında baş təlimatçı vəzifəsində çalışır.

***

Azərbaycanda çox az rast gəlinən gənc yaşda yüksək vəzifəyə təyinat faktı həm ölkə mediasında, həm də cəmiyyətdə maraq doğurub. Onun böyük ehtimalla hansısa məmurun qohumu olması ilə bağlı versiyalar səsləndirilib. “Qafqazinfo” bununla bağlı kiçik araşdırma aparıb. Məlum olub ki, 25 yaşlı gənc müavin heç də təsəvvür edildiyi kimi, yüksək vəzifəli məmurun qızı  və ya qohumu deyil. O, sadə bir ailənin övladıdır. Rusiyada anadan olub, əslən Quba rayonundandır. Orta məktəbi Bakının Nizami rayonunda bitirib. Ailəlidir və bir qızı var.

Qeyd edək ki, Aygün Əliyeva YAP-ın 4-cü qurultayında prezident İlham Əliyevin qarşısında uğurlu çıxış edib. Deyilənə görə, gənc fəal həmin çıxışından sonra diqqət mərkəzinə düşüb.

Binəqədi rayon İcra Hakimiyyətindən redaksiyamiza bildirlib ki, Aygün Əliyeva birinci müavin yox, başçının humanitar məsələlər üzrə müavini təyin olunub.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın