Menu
Geri İrəli

Azərbaycanda hərbi xidmət keçməyənlərə qadağa – Qanun

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Noyabr 2013 • Baxış sayı: 181 dəfə • Şərh yoxdur
Share Button

herbi xidmet qaydarlari

Azərbaycanda hərbi xidmətə çağırışla bağlı qanunvericiliyə dəyişikliklər hazırlanır.

Müdafiə Nazirliyindən AzNews.az-a verilən məlumata görə, yeni təkliflər bir sıra maraqlı məqamları özündə cəmləşdirir. Digər hərbi qurumlarla razılaşdırma mərhələsində olan bu təkliflərdən ən maraqlısı isə hərbi xidmət keçməyən şəxslərin bələdiyyə və parlament kimi seçkili orqanlarda təmsil olunmasını qadağan edəcək.

Qanunvericiliyə dəyişikliklər hərbi xidməti ölkədə populyarlaşdırmaqdır. Başqa bir dəyişiklik isə hərbi məktəblərə qəbulla bağlı olacaq. Bu dəyişiklik barədə əlavə məlumat verilməyib. Seçkili orqan olan Milli Məclisin bu təkliflərə necə yanaşacağı hələki sual altındadır.

Məhəmməd
AzNews.az

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın