Menu
Geri İrəli

Azərbaycanda havanın temperaturu nisbətən enəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Avqust 2013 • Baxış sayı: 245 dəfə • Şərh yoxdur
Share Button

buludlu-havaHəftənin ilk iş günü Azərbaycanda havanın temperaturu nisbətən enəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında avqustun 19-da havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakıda gecə 21-23 dərəcə, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 755 millimetr civə sütunundan 759 millimetr civə sütununa yüksələcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27 dərəcə, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28 dərəcə, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da avqustun 19-da hava əsasən yağmursuz olacaq. Havanın temperaturunun gecə 16-21, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir. Dağlarda gecə 14-19 dərəcə, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın