Menu
Geri İrəli

Azərbaycanda lotoreyada rekord uduş – 439.135 manat

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Sentyabr 2013 • Baxış sayı: 241 dəfə • Şərh yoxdur

Azərbaycanda lotoreyada rekord uduş məbləği qeydə alınıb. Lent.az-ın məlumatına görə, rekord uduş sentyabrın 16-da “Space” telekanalında canlı yayımla ”Azərlotereya” ASC-nin təşkil etdiyi “5/36″ lotereyasının 806-cı və “6/40″ lotereyasının 401-ci tirajı zamanı qeydə alınıb. Hər iki lotereya oyunlarının “Cek Pot”larının uduşları eyni günə təsadüf edib. “6/40″ lotereyasının “Cek Pot”u 439.135 manata, “5/36″ lotereyasının “Cek Pot”u isə 63.375 manata qədər yüksəlib.

439.135 manatlıq “Cek Pot” uduşu  Azərbaycan Respublikası tarixində bu günə qədər ən iri məbləğli “Cek Pot” uduşu kimi tarixə düşüb. “6/40″ lotereyasının “Cek Pot”u  ”009171″ nömrəli biletin sahibi tərəfindən, “5/36″ lotereyasının “Cek Pot”u isə “001635″ nömrəli biletin sahibi tərəfindən udulub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın