Menu
Geri İrəli

Azərbaycanlı alimdən nüvə kəşfi

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Noyabr 2013 • Baxış sayı: 217 dəfə • Şərh yoxdur
Share Button

Azərbaycanlı alim atom enerjisinin hidrogen vasitəsilə effektiv çevrilməsi istiqamətində yenilik kəşf edib.

Azərbaycan Milli Elmlər Akademiyasından virtualaz.org saytına verilən məlumatda deyilir ki,  AMEA-nın Radiasiya Problemləri İnstitutunda enerji tutumlu kimyəvi prossesləri həyata keçirmək üçün ionlaşdırıcı şüaların enerjisinin istifadəsi istiqamətində böyük elmi əhəmiyyət kəsb edən yeni nəticələr alınıb.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Adil Qəribov tərəfindən alınmış nəticələr nano-texnologiyalar və nano-materialların müxtəlif sahələrdə tətbiqinin elmi əsaslarının işlənməsində istifadə oluna bilər. Nano materialların müxtəlif  elmi və texniki sahələrdə yüksək göstəriciləri aşkar olunan mexanizm əsasında izah olunur.

Xəbərdə qeyd edilir ki, aşkar olunmuş nəticələr radioaktiv şüa mənbələrinin təhlükəsiz və yüksək effektivliklə çevirib istifadəsinə imkan verir. Belə ki, proses nəticəsində nüvə enerjisi hidrogenin kimyəvi enerjisinə çevrilir. Bu da gələcəkdə IV nəsil nüvə reaktorlarında elektrik enerjisinin aralıq hidrogen vasitəsi ilə təhlükəsiz və effektiv çevrilməsində böyük əhəmiyyət kəsb edir. alim

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın