Menu
Geri İrəli

Azərikimya” İstehsalat Birliyində 31 Mart – Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar anım mərasimləri keçirib

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Mart 2011 • Baxış sayı: 315 dəfə • Şərh yoxdur
Share Button

RDNŞ-nin “Azərikimya” İstehsalat Birliyinin idarə və müəssisələrində də Azərbaycanın soyqırım qurbanlarının anım mərasimləri keçirilir. “31 Mart – Azərbaycanlıların soyqırımı günü” ilə əlaqədar Birliyin Mexaniki-təmir zavodunda keçirilmiş tədbirdə əvvəlcə soy­qırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Mərasimdə çıxış edənlər vurğulamışlar ki, 1918-ci ilin mart ayında Bakı, Şa­maxı, Salyan, Quba, Lənkəran, Göy­çay və digər bölgələrdə, həmçinin Göyçə, Zəngəzur mahallarında erməni vandalları görünməmiş vəhşiliklər törətmişlər. Qeyd olunmuşdur ki, həmin günlərdə Azərbaycanın minlərlə kəndi yerlə-yeksan edilmiş, 100 minlərlə azərbay­canlı­ faciə qurbanına çevrilmişdir. Soyqırım qurbanlarının anım mərasimində diqqətə çatdırılmışdır ki, tarix boyu ermənilər və onları dəstəkləyən qüvvələr tərəfindən azərbay­canlılara qarşı məqsədyönlü şəkildə həyata ke­çirilmiş etnik təmizləmə və soyqırım siyasəti nəti­cəsində xalqımız ağır məhrumiy­yətlərə, milli faciə və məşəqqətlərə düçar ol­muş­dur. Qeyri-insani siyasət nəticəsində azər­bay­canlılar indiki Ermənistan ərazisindən – min illər boyu yaşadıqları dədə-baba torpaq­larından didərgin salınaraq kütləvi qətl və qır­ğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məs­kəni dağıdılmış, viran edilmişdir. Mərasimdə xüsusilə vurğulanmışdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində erməni millətçilərinin iç üzü açılmış, onların siyasi riyakarlığı, əsrlərdən bəri həyata keçir­dikləri işğalçılıq siyasəti dünya ictimaiyyətinə olduğu kimi çatdırılmışdır. “31 Mart -Azərbaycanlıların soyqırımı günü” ilə bağlı anım mərasimləri “Azərikimya” İB-nin “Üzvi sintez” və Səthi aktiv maddələr zavodlarında, “Kimyaelmitədqiqatlayihə” Institutunda, Təmir-tikinti, Nəqliyyat və Xüsusi tex­nika İdarələrində, Anbar təsərrüfatında da keçirilmişdir. Xatirə tədbirinin “Etilen-poli­etilen” zavodunda da keçirilməsi nəzərdə tutulmuşdur.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın