Menu
Geri İrəli

Azərikimya” İstehsalat Birliyinin müəssisələrində qurğu və avadanlıqların əsaslı təmirinə hazırlıq işlərinə başlanılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 25 İyul 2011 • Baxış sayı: 308 dəfə • Şərh yoxdur

ARDNŞ-nin “Azərikimya” İB-nin müəssisələrində, xüsusilə də Etilen-polietilen zavodunda ötən il ilk dəfə aparılmış geniş miqyaslı əsaslı təmir işlərinindən sonra bütün texnoloji kompleks ahəngdar, ciddi problemlə üzləşmədən stabil fəaliyyət göstərmişdir. “Azərikimya”-nın normal fəaliyyətini təmin etmək üçün cari ilin avqustunda İstehsalat Birliyinin müəssisələrində əsaslı təmirə başlanılması nəzərdə tutulmuşdur. Hazırda ARDNŞ-nin yardımı ilə “Azərikimya”da güclü nəqliyyat-texnika bazası yaradılmışdır. Gündəlik olaraq keçirilən texniki–istehsalat müşavirələrində əsaslı təmirə ehyiyacı olan ayrı-ayrı sex və istehsalat sahələri üzrə qurğu və avadanlıqların texniki vəziyyətləri bir daha nəzərdən keçirilərək təhlil olunur, texniki qüsur cədvəli əsasında bərpa işlərinin aparılması mexanizmləri dəqiqləşdirilir. Artıq “Polimir-120” istehsalat sahəsinin kompressorlarının mövcud standartlara uyğun hissələri Almaniya, Çexiya, Ukrayna və başqa ölkələrdən, sobaların, istilikdəyişdiricilərin boru və digər hissələri isə Rusiyada hazırlanaraq Etilen-polietilen zavoduna gətirilmişdir. Yaponiyanın “CHIODO” şirkətinin mütəxəssisləri isə Buxar-generator qurğusunda turbinlərin açılması və müayinəsi işlərini həyata keçirəcəklər. Görülməkdə olan bütün hazırlıq işləri texnoloji qurğuların daha ahəngdar və məhsuldar işləməsinə, keyfiyyətin yüksəldilməsinə yönəldilmişdir. Təmirə hazırlıqla bağlı keçirilən müşavirələrdə Birliyin bütün struktur, müəssisə rəhbərliərinin, sex və istehsalat, sahə rəislərinin diqqəti təmir prosesində xüsusilə vacib olan bir məsələyə – əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələlərinə cəlb edilmişdir. Təmir ərəfəsində və gündəlik olaraq hər bir işçinin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunması ilə bağlı təlimatlandırılması, onların xüsusi mühafizə geyimləri, təhlükəsizlik kəmərləri və s. ilə təmin olunması, hər bir işçinin təmirə yalnız xüsusi buraxılış icazəsi olduqdan sonra başlamasına nəzarətin gücləndirilməsinin vacibliyi vurğulanmışdır. Təmir işlərinə Etilen-polietilen, “Üzvi sintez”, Səthi Aktiv Maddələr və Mexaniki-təmir zavodlarının aparıcı təmir briqa-daları cəlb ediləcək, Birliyin Nəqliyyat və xüsusi texnika İdarəsinin müasir tələblərə savab verən 50-dən artıq maşın-mexanizm və xüsusi texnikasından istifadə olunacaqdır. Aparılacaq təmir işləri başa çatdıqdan sonra kimya müəssisələrinin əsas texnoloji qurğu və aqreqatlarının daha ahəngdar və qənaət rejimində fəaliyyəti təmin ediləcək, istehsalat göstəriciləri yüksələcəkdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın