Menu
Geri İrəli

“Azərikimya” magistral yolu təmir edib

Müəllif: sumqayitxeber.com • Tarix: 25 İyul 2010 • Baxış sayı: 281 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıt-H.Z.Tağıyev yolundakı tıxac problemi aradan qaldırlıb

“Azərikimya” İstehsalat Birliyi Sumqayıt – H.Z.Tağıyev magistral yolunun Etilen-polietilen və üzvü sintez zavodları arasındakı hissəsinə yeni asfalt örtüyü çəkməklə həmin ərazidə təmir işlərinin ilkin mərhələsini başa çatdırıb. ARDNŞ-ın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, təmir üçün ARDNŞ tərəfindən ayrılmış 10-dan artıq müxtəlif profilli müasir yol texnikası və özüboşaldan maşının köməyi ilə qısa müddət ərzində dənizkənarı magistral yolun 9 min kvadratmetr sahəsində köhnə asfalt örtüyü çıxarılıb və onun 1,2 kilometrə qədər hissəsi əsaslı təmir olunub, yola daha keyfiyyətli olan yeni asfalt örtüyü vurulub.

Bununla yanaşı yolun 2 min kvadratmetr sahəsində təmir-bərpa işləri də başa çatdırılıb. Təmir işlərinin ilkin mərhələsinin yekunlaşması ilə yolun yararsızlığı üzündən əvvəllər burada nəqliyyatın hərəkətində baş verən tıxaclar tamamilə aradan qaldırılıb. Hazırda “Azərikimya” İstehsalat Birliyinin həmin istiqamətdə hərəkət edən maşın və texnikasının, həmçinin ictimai və digər nəqliyyatın gediş-gəlişinin tam rahatlığı və təhlükəsizliyi təmin edilib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın