Menu
Geri İrəli

«Azərikimya» ekologiyaya önəm verir

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Sentyabr 2012 • Baxış sayı: 179 dəfə • Şərh yoxdur

ARDNŞ-in ekoloji proqramının “sıfır tullantı” prinsipinin tələblərini rəhbər tutan “Azərikimya” İB-nin idarə və müəssisələrində ətraf mühitin qorunması və istehsalat tullantılarının idarə olunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı işlər daha konkret xarakter alaraq davam etdirilir. ”Tullantıların idarə olunması Planı”na uyğun olaraq Birliyin bütün istehsalat sahələrində tullantıların çeşidlənməsi üçün xüsusi yerlər təyin edilmiş və müvafiq rəng kodları ilə rənglənərək 240-dan artıq tullantı qutusu və konteynerlərlə təchiz edilmişdir. Tullantılar sex və istehsalatlarda növlərinə görə çeşidlənməklə Birliyin Ekologiya şöbəsinin nəzarəti altında qrafik üzrə daşınaraq, müvafiq tullantı mərkəzlərinə təhvil verilir.
Bu sahədə işin daha səmərəli təşkili və tullantıların düzgün çeşidlənməsi məqsədilə təhlükəli və təhlükəsiz tullantılarla işləmək qaydalarına, daşınmasına və zərərsizləşdirilməsinə dair təlimatlar hazırlanmışdır. Birliyin idarə və müəssisələrinin müvafiq ərazilərində 180-dən artıq bu cür maarifləndirici plakat və nişanlar asılmışdır. Hazırda tullantıların təsnifatı, uçotu və sənədləşmə işlərinin aparılması, istehsalat prosesində əmələ gələn tullantıların minimuma endirilməsi, çeşidlər üzrə utilizasiyası və istifadəsi, təkrar emalı və ləğv edilməsi məsələlərinə ciddi diqqət yetirilir.
Bərk tullantıların idarə olunması ilə yanaşı İstehsalat Birliyinin idarə və müəssisələrində çirkab və məişət-təsərrüfat sularının Təmizləyici qurğular sexinə nəqli və təmizlənməsi istiqamətində də müvafiq tədbirlər həyata keçirilmişdir. Etilen-Polietilen zavodunun əsaslı təmiri zamanı kimyəvi çirkab suları üçün nəzərdə tutulmuş yeraltı quyu kimyəvi şlamdan tam təmizlənmiş və orada təmir işləri aparılmışdır. Kimyəvi çirkab sularının Təmizləyici qurğular sexinə nəql edilməsi və təmizlənməsi məqsədilə diametri 400 mm, uzunluğu 1250 metr olan yeni xəttin çəkilməsi işləri tam başa çatdırılmış və digər təmir-bərpa işləri aparılmışdır. Bugünlərdə isə çirkab sularının tərkibindəki neft məhsullarının, o cümlədən yağların tam tutulması məqsədilə Təmizləyici qurğular sexində yeni bir xüsusi qurğunun quraşdırılması işləri də başa çatmaq üzrədir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın