Menu
Geri İrəli

“Azərikimya” İB-də əməyin mühafizəsi və təhlükəsizlik texnikası ilə bağlı iki yeni layihə üzrə maarifləndirmə tədbiri keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Fevral 2012 • Baxış sayı: 380 dəfə • Şərh yoxdur
Share Button

Fevralın 15-də “Azərikimya” İstehsalat Birliyində “Sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin qorunması xidmətinin inkişaf planı”na uyğun olaraq iki yeni layihənin təqdimatı keçirilmişdir.
“Yol nəqliyyatının təşkilində təhlükəsizlik tədbirləri” və “Qapalı sahədə işlərin təhlükəsiz təşkil olunması qaydaları” mövzularında keçirilən tədbirdə Birliyin Nəqliyyat və Xüsusi texnika İdarəsinin işçiləri ilə yanaşı, müəssisələrin baş mühəndisləri, sex və istehsalat rəisləri, aparıcı mütəxəssislər və ixtisaslı fəhlə kontingentinin təmsilçiləri iştirak etmişlər. Tədbirdə müzakirə olunan mövzular ətrafında qarşılıqlı maraq doğuran fikirlər səsləndirilmiş, Birliyin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə həyata keçirdiyi layihələr, qarşıda duran vəzifələr haqqında iştirakçılara ətraflı məlumat verilmişdir.

Vurğulanmışdır ki, Birliyin təşəbbüsü ilə 2011-ci ildə əməyin mühafizəsi sahəsində genişmiqyaslı işlər görülmüş, təhlükə mənbəli istehsalat sahələri üzrə uzunmüddətli kompleks tədbirlər proqramı hazırlanmışdır. Təqdimat zamanı mövzular üzrə müvafiq slaydlar nümayiş etdirilmişdir. Gələcəkdə bu cür tədbirlərin həm mərkəzləşmiş şəkildə, həm də hər bir istehsalat sahəsində keçirilməsi məqsədəuyğun hesab edilmişdir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın