Menu
Geri İrəli

«Azərikimya» İB-nin kollektivi növbəti iməcilik keçirmişdir

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Aprel 2012 • Baxış sayı: 210 dəfə • Şərh yoxdur

Baharın gəlişi «Azərikimya» İstehsalat Birliyinin əməkçilərinin istehsalatla yanaşı yaz qayğılarını da artırmışdır. Son iki ildə ətraf mühitin qorunmasına, ekologiyanın yaxşılaş­dırıl­masına və yaşıllığın artırılmasına xüsusi diqqət yetirən kimyaçılar Sumqayıtın sənaye zonasının geniş bir ərazisində 80 minə yaxın ağac əkib-yetişdirərək, onlara daim qulluq göstərirlər.

Ötən şənbə günü keçirilmiş növbəti iməcilikdə Birliyin Etilen-polietilen, «Üzvi sintez», Mexaniki-təmir zavodlarının, Anbar Təsərrüfatının, Nəqliyyat və Xüsusi texnika, həmçi­nin Təmir-tikinti idarələrinin 1000-ə yaxın əməkçisi yüksək fəallıqla iştirak etmişdir.

İməcilik zamanı müəssisələr üzrə ayrılmış sahələrdə minlərlə ağaca aqrotexniki qul­luq göstərilmiş, onların dibləri yumşaldılmış və alaq otlarından təmizlənmişdir. Birlik müəs­si­sə­lərinin daxili ərazilərində də yaşıllıq sahələrinə qulluq edilmiş, təmizlik işləri apa­rıl­mışdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın