Menu
Geri İrəli

«Azərikimya» İstehsalat Birliyində abituriyentlərlə görüş keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Sentyabr 2013 • Baxış sayı: 130 dəfə • Şərh yoxdur
Avqustun 30-da «Azərikimya» İstehsalat Birliyinin akt zalında Sumqayıt şəhər təhsil şöbəsi üzrə 650-dən yuxarı bal toplamış «Azərikimya» İstehsalat Birliyinin əməkdaşlıq etdiyi Qafqaz Universitetinə və ARDNŞ-in Bakı Ali Neft Məktəbinə qəbul olunmuş abituriyentlərlə görüş keçirilmişdir.
Görüşdə «Azərikimya» İstehsalat Birliyinin, Qafqaz Universitetinin, Bakı Ali Neft Məktəbinin, abituriyentlərin təmsil olunduğu məktəblərin direktorları,Sumqayıt Təlim-Tədris Mərkəzinin şagirdləri, Qafqaz Universitetinin «Azərikimya» İstehsalat Birliyinin müəssisələrində istehsalat təc­rübəsində olan tələbələri iştirak etmişlər.
«Azərikimya» İstehsalat Birliyi Müşahidə Şurasının sədri Muxtar Babayev, Qafqaz Universitetinin rektoru Ahmet Saniç, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Vaqif Ələkbərov çıxış edərək abituriyentlərin yüksək göstəricilərə nail olmaqlatələbə adı qazanmaları münasibətilə təbrik etmiş, onlara yeni təhsil uğurları arzulamışlar.
Görüşdə abituriyentlər tərəfindənverilənbir çox suallara aydınlıq gətirilmişdir.
Qafqaz Universitetinin və Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanmış sumqayıtlı abituriyentlərə «Azərikimya» İstehsalat Birliyi tərəfindən qiymətli hədiyyələr təqdim olunmuşdur.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın