Menu
Geri İrəli

«Azərikimya» müəssisələrində Ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsi yad edilmişdir

Müəllif: sumqayitxeber.com • Tarix: 11 May 2012 • Baxış sayı: 226 dəfə • Şərh yoxdur

Xalqımızın dahi rəhbəri və xilaskarı Heydər Əliyevin Ad günü – 89 illiyi münasibətilə «Azərikimya» İstehsalat Birliyinin müəssisələrində – Etilen-polietilen, «Üzvi sintez», Mexaniki-təmir zavodlarında, Təmir-tikinti, Nəqliyyat və xüsusi texnika idarələrində geniş tədbirlər keçirilmişdir.

Azərbaycanın əzəmətli Dövlət himni səsləndirildikdən sonra Heydər Əliyevin xalqı­mız qarşısında əvəzolunmaz, misilsiz xidmətlərindən söz açan kimyaçılar ulu öndərin Azərbaycan rəhbərliyinə gəldiyi ilk dövrlərdə respublikamızı iqtisadi çətinliklərdən qurtararaq, iqtisadiyyatın bütün sahələri üzrə onun yüksəlişə doğru irəliləməsinə nail olması, o cümlədən ölkənin strateji əhəmiyyətə malik olan neft-kimya sənayesinin yeni­dən qurulması və genişləndirilməsi üçün göstərdiyi səyləri əsl vətənpərvərlik, yüksək vətəndaşlıq nümunəsi kimi qiymətləndirmişlər.

Tədbir iştirakçıları Heydər Əliyevin həyat və fəaliyyətinin unudulmaz anlarını, siyasi müdrikliyini və qətiyyətini nümayiş etdirən sənədli film və videosüjetlərə tamaşa edərək, dahi rəhbərin 1993-cü ildə yenidən hakimiyyətə gəldikdən sonra Azərbaycanı düçar olduğu ağır siyasi-iqtisadi böhrandan böyük bir sərkərdə məharəti ilə çıxararaq, ölkə iqtisadiyyatının bərpası, onun əsaslarının möhkəmləndirilməsi üçün müəllifi olduğu neft strategiyasını əsl uzaqgörənliklə və müdrikcəsinə həyata keçirməsindən, buna paralel olaraq respublikanın neft-kimya kompleksinin müasir tələblər səviyyəsində yenidən qurulması və inkişaf etdirilməsi üçün gördüyü təxirəsalınmaz tədbirlərdən geniş söhbət açmışlar.

Xüsusi minnətdarlıqla qeyd edilmişdir ki, Azərbaycan iqtisadiyyatının bugünkü güclü və sürətli inkişafında, böyük iqtisadi potensiala malik olmasında, özünün sürətli iqtisadi inkişaf tempini artıraraq, dünyanın qabaqcıl ölkələri sırasında addımlamasında Ulu öndərin müstəsna xidmətləri olmuşdur və bu gün Azərbaycan məhz Heydər Əliyevin uzaq perspektivə, ölkəmizin daha yüksək tərəqqisinə hesablanmış siyasi və iqtisadi proqramları əsasında gələcəyə, daha işıqlı sabaha doğru inamla irəliləməkdədir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın