Menu
Geri İrəli

Azərikimya Sumqayıtda təmizlik aksiyası keçirdi

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Sentyabr 2013 • Baxış sayı: 186 dəfə • Şərh yoxdur

 Beynəlxalq Dəniz günü münasibətilə “Azərikimya” İstehsalat Birliyinin kollektivi Qafqaz Universitetinin, Sumqayıt Dövlət Universitetinin tələbələri, ARDNŞ-in və Sum-qayıt regional Ekologiya İdarələrinin, YAP Gənclər və “Qızıl Aypara” Cəmiyyəti Sumqayıt şəhər təşkilatının üzvləri, “Kimyalayihə” İnstitutunun əməkdaşları, ARDNŞ-in Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim Tədris Mərkəzinin şagirdləri və KİV nümayəndələri ilə birgə “Doğma Xəzərimizin qayğısına qalaq! Sumqayıtı ekoloji təmiz şəhərə çevirək!” devizi altında geniş ekoloji təmizlik aksiyası keçirmişdir.

Mövcud ekoloji problemlər, Xəzərin müxtəlif tullantılarla çirklənməsi və onların qarşısının alınması yolları haqqında fikir mübadiləsindən sonra iştirakçılar komandalar şəklində bayram əhval ruhiyyəsi ilə, canlı musiqi sədaları altında şəhərin sahilboyu zolağının tullantılardan təmizlənməsi üçün əvvəlcədən müəyyən olunmuş sahələrdə təmizlik işlərinə başlamışlar. İki saat ərzində aksiya iştirakçıları tərəfindən dəniz sahilinin müəyyən çirklənmiş əraziləri müxtəlif tullantılardan təmizlənmişdir. Toplanan tullantılar çeşidlənərək qablaşdırılmış və xüsusi nəqliyyat vasitələri ilə daşınaraq, tullantılar poli-qonuna təhvil verilmişdir.
Aksiyada fəallıqları ilə seçilən komandalar “Azərikimya” İB-nin xüsusi diplomları və qiymətli hədiyyələri ilə təltif olunmuşlar.

sumqayitxeber.com saytı aksiyadan fotoları təqdim edir:

1240441_624650207558249_1478831469_n

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın