Menu
Geri İrəli

«Azərikimya» videomüşahidə sisteminin tətbiqinə başladı

Müəllif: sumqayitxeber.com • Tarix: 30 İyul 2013 • Baxış sayı: 192 dəfə • Şərh yoxdur
Bugünlərdə ARDNŞ-in«Azərikimya» İstehsalat Birliyinin LVJ adlanan sahəsində mühafizə işinin gücləndirilməsi məqsədilə yeni videomüşahidə sisteminin tətbiqinə başlanılmışdır.
Burada ərazinin bütün perimetri üzrə xüsusi kameralar quraşdırıl­mışdır. Onların vasitəsilə hər hansı bir görüntünü monitorda 30 dəfədən artıq böyüt­məklə müşahidə etmək mümkündür ki, bu da bütün obyektin tam və etibarlı mühafi­zə­sində mühüm əhəmiyyət kəsb edir. Tətbiq edilən çoxkameralı termal sistem isə nəinki gündüz, hətta gecə saatlarında, ən isti və soyuq havalarda belə nəzarət zonasında baş verə biləcək hər bir dəyişikliyi monitorda əks etdirir.
Hazırda tam mühafizə nəzarətinin təmin olunmasının çətinlik törətdiyi digər iki istehsalat sahəsində də videomüşahidə sisteminin tətbiqi üçün geniş hazırlıq işləri aparılır. Bütün bu tədbirlər başa çatdırıldıqdan sonra «Azərikimya» İB-nin istehsalat obyektlərinin tam və etibarlı mühafizəsi, kimyəvi məhsulların və əmlakın daha yaxşı qorunması təmin ediləcəkdir
Facebook Şərhləndirmə:

Şərhinizi yazın