Menu
Geri İrəli

«Azərikimya»da Milli Qurtuluşumuzun 20 illiyinə həsr edilmiş silsilə tədbirlər keçirilir

Müəllif: sumqayitxeber.com • Tarix: 15 İyun 2013 • Baxış sayı: 180 dəfə • Şərh yoxdur

15 iyun – Milli Qurtuluş günü ilə əlaqədar ARDNŞ-in «Azərikimya» İstehsalat Birliyinin müəssisələrində – Etilen-polietilen, Mexaniki-təmir zavodlarında, Təmir-tikinti, Nəqliyyat və xüsusi texnika İdarələrində, “Kimyalayihə” İnstitutunda və Anbar təsərrüfatında silsilə tədbirlər keçirilmişdir.

Tədbirlərdə çıxış edənlər hələ 20 il əvvəl – 15 iyun 1993-cü ildə yenidən Azər­baycan rəhbər­liyinə qayıdan Ulu öndər Heydər Əliyevin böyük xilaskarlıq miissiyasından minnət­darlıq hissi ilə danışaraq qeyd etmişlər ki, bu qayıdış xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin başlan­ğıcı oldu. Tariximizə Milli Qurtuluş günü kimi daxil olan 15 iyun təkcə Azərbaycan vətəndaş­larının müsibətlərdən qurtuluş günü deyil, eyni zamanda müstəqilliyimizin, dövlətçi­liyimizin qurtuluşudur.

Qeyd edilmişdir ki, Ümummilli liderin yenidən hakimiyyətə gəlişi ilə Azərbaycan ta­ri­xində tənəzzül və durğunluğa son qoyulmaqla inkişafa, tərəqqiyə doğru inamlı addımlar atıldı. Sabitlik və təhlükəsizliyin təmin olunması üçün əsaslı, təxirəsalınmaz tədbirlər həyata keçirildi. Azərbaycanın daxili və xarici siyasətinin istiqamətləri müəy­yənləşdi, ölkəmizin beynəl­xalq aləmə iqtisadi və siyasi inteqra­siyasının təməli qoyuldu.

Ulu öndərin yeni və müasir Azərbaycanın qurucusu və memarı olmasından, Neft-kimya sənaye­sinə göstərdiyi xüsusi diqqətdən danışan natiqlər vurğulamışlar ki, Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində 1994-cü il sentyabrın 20-də «Əsrin müqaviləsi»nin imzalanması ilə Azərbaycanın iqtisadi cəhətdən qüdrətli bir dövlətə çevrilməsi üçün zəmin yaranmış, respublikamızın dünya miqyasında nüfuzu xeyli artmışdır.

Dünya şöhrətli ictimai-siyasi xadim, müdrik dövlət başçısı Heydər Əliyev bütün həya­tını canından artıq sevdiyi xalqının xoşbəxt yaşamasına, xalqımıza əmanət olaraq qoyduğu, zəngin maddi və mənəvi dəyərlər, siyasi və iqtisadi cəhət­dən etibarlı dayaqlar üzərində qurduğu Azərbaycanın tərəqqisinə həsr etmişdir.

Sabah – iyunun 15-də «Azərikimya» İB-nin əməkdaşları kollektiv şəkildə Ulu öndərin Sumqayıt şəhərin­dəki möhtəşəm abidəsini və Ümummilli liderin adını daşıyan şəhər parkında yeni istifadəyə verilmiş Heydər Əliyev Mərkəzini ziyarət edəcəklər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın