Menu
Geri İrəli

Azərikimyadan aztəminatlı ailələrə məktəbli formaları – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Sentyabr 2013 • Baxış sayı: 143 dəfə • Şərh yoxdur

Yeni dərs ilinin başlanması ərəfəsində “Azərikimya” İstehsalat Birliyinin akt zalainda Sumqayıtda yaşayan aztəminatlı ailələrin üzvləri ilə görüş keçirilmişdir. Görüşdə müxtəlif məhəllə və mikrorayonlarda yaşayan və şəhərin 10-dan artıq məktəbini əhatə edən maddi imkanları məhdud 30 nəfər ibtidai sinif şagirdi və onların valideynləri iştirak etmişdir.

«Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev şagirdləri yeni tədris ilinin başlanması münasibətilə təbrik etmiş, onlara təhsillərində uğurlar arzulamışdır.

Tədbirdə «Azərikimya» İstehsalat Birliyi və Birlik Həmkarlar İttifaqı Komitə­si tərə­findən bütün şagirdlərə məktəbli geyimləri və dərs ləvazimatları təqdim olunmuşdur.

Çıxış üçün söz alan valideynlər onlara gəstərilən diqqət və qayğıya görə minnətdar­lıqlarını ifadə etmişlər.

az-kimya azkimya02 az-kimya-2 azkimya-3 azkimya-r

Facebook Şərhləndirmə:

Şərhinizi yazın