Menu
Geri İrəli

«Azərikimya»nın baş mütəxəssisləri əməyin mühafizəsi üzrə test sınağından keçib

Müəllif: sumqayitxeber.com • Tarix: 13 İyun 2013 • Baxış sayı: 216 dəfə • Şərh yoxdur

ARDNŞ-in «Azərikimya» İstehsalat Birliyinin müəssisələrində yüksək  texnologiyalı  və elektron-kompüter sistemli qurğu və avadanlıqların tətbiqi, istehsalatların modern­ləş­dirilməsi həmin sahələrdə çalışan əməkçilərin, ilk növbədə isə hər bir mühəndis-texniki işçinin texnoloji yenilikləri mükəmməl mənimsəməsi ilə yanaşı, əməyin müha­fizəsi tələbləri üzrə də maariflənməsi işinin güc­­lən­­dirilməsini aktuallaşdırır. Məhz bu səbəbdən Birlik üzrə aparıcı mütəxəssislərin, sex və istehsalat rəislərinin, digər struktur rəhbərlərinin əməyin mühafizəsi uzrə bilik və təcrübə­lərinin test imtahanları ilə yoxlanması artıq xeyli vaxtdır ki, ciddi sistem üzrə aparılmaqdadır. Xüsusilə mühümdür ki, əməyin mühafizəsi və texniki təhlükəsizliyin müxtəlif spesifik aspektlərini dolğunluğu ilə əhatə edən, işçinin hazırlıq səviyyəsini obyektiv dəyərləndirməyə imkan verən test-sınaq imtahanları formal olaraq deyil, Birliyin baş mütəxəssislərindən ibarət nüfuzlu komissiya tərəfindən aparılır.

İyunun 11-də Birliyin İdarə aparatının,  Etilen-polietilen zavodunun və Təmir-tikinti İdarəsinin şöbə rəislərinin, baş mütəxəssislərin və aparıcı mühəndislərin daxil olduğu daha bir qrup test sınağından keçmişdir. Mütəxəssislərin test suallarına cavabları onların əməyin mühafizəsi məsələlərinə diqqəti artırdıqlarını, bu sahəyə istehsalatın ayrılmaz və mühüm bir tərkib hissəsi kimi yanaşdıqlarını əyani olaraq təsdiq etdi. Tələbkar imtahan komissiyasının müsbət rəyini almış hər bir işçiyə  əməyin mühafizəsi üzrə müvafiq sənədlər verilmişdir.

İmtahan komissiyasının sədri, «Azərikimya» İstehsalat Birliyinin baş mühəndisi – İcraçı direktorun müavini Firudin Mustafayev test sınağından müvəffəqiyyətlə çıxmış  əməkdaşları təbrik etmiş, onlara uğurlar arzulamışdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın