Menu
Geri İrəli

«Azərikimya»nın nümayəndələri alimi 85 illik yubileyində unutmadılar

Müəllif: sumqayitxeber.com • Tarix: 24 May 2013 • Baxış sayı: 207 dəfə • Şərh yoxdur

ARDNŞ-in «Azərikimya» İstehsalat Birliyinin nümayəndələri Sumqayıt Dövlət Universitetinin fəlsəfə və hüquq kafedrasının müdiri, Azərbaycanın Əməkdar müəllimi, fəlsəfə elmləri doktoru, professor Həsən Sadıqovun 85 illik yubiley tədbirində iştirak edərək, onu təbrik etmişlər.

Azərbaycanın ucqar bir dağ kəndində dünyaya gəlmiş Həsən Sadıqov ömrünün ilk illərində həyatın çətinlikləri və məhrumiyyətləri ilə üzləşsə də, sonralar özünün möhkəm iradəsi, əzmi və qətiyyəti, gərgin əməyi sayəsində elmi biliklərə yiyələnərək, Sumqayıtın orta təhsil müəssisələrində, daha sonralar isə ilk ali təhsil məktəbi olan Sumqayıt Dövlət Universitetində gənclərin yüksək təhsil almasında fəal iştirak etmişdir. O, artıq yarım əsrdən çoxdur ki, öz zəngin biliyi və geniş dünya görüşü ilə Sumqayıtın neft-kimya müəssisələri üçün ixtisaslı, yüksək bilikli kadrların hazırlanmasına öz mühüm töhfələrini verir.

«Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatıMuxtar Babayevneft–kimya sənayesi üçün kadrların hazırlanmasında xidmətlərinə görə professor Həsən Sadıqova təşəkkürünü bildirmiş və onu kimyaçılar adından təbrik etmişdir.

 

 

 

 

 

 

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın