Menu
Geri İrəli

«Azərikimya»nın təşkilatçılığı ilə Sumqayıtda mini-futbol üzrə şəhər turnirinin açılışı olmuşdur

Müəllif: sumqayitxeber.com • Tarix: 3 May 2012 • Baxış sayı: 147 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər Paralimpiya İdman kompleksində Ulu öndər, ümummilli lider Heydər Əli­yevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş mini-futbol üzrə Sumqayıt şəhər birinciliyinin açılış mərasimi keçiril­mişdir.

2012-ci il – «İdman ili» çərçivəsində keçirilən, idmanın mini-futbol növünün kütlə­vi­ləş­di­rilməsi və əməkçilərin asudə vaxtlarının səmərəli təşkilinə xidmət edən yarışlarda şəhərin 30-dək müəssisəsinin, o cümlədən  «Azərikimya» İstehsalat Bir­liyi,  Sumqayıt Texnologiyalar Parkı, «Bismak» Qida-sənaye kompleksi, «Azərboru» ASC,  FHN-nin Sumqayıt şöbəsi, Sumqayıt Dövlət Universiteti, Beynəlxalq Bank və Bank of Baku, şəhər Təhsil və Səhiyyə şöbələrinin, Elektrik şəbəkəsi və Qaz-istismar İdarə­sinin ko­man­daları birincilik uğrunda mübarizəyə qoşulmuşlar.

Sumqayıt şəhər rəhbərliyinin, millət vəkillərinin və şəhər ictimaiyyəti nümayəndə­lərinin iştirak etdiyi tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanaraq, açıq elan edilmiş, gənc müğənnilərin bir-birindən maraqlı çıxışları ilə davam etdirilmişdir. İştirakçıların alqış sədaları altında yarışda iştirak edən komandalar zala daxil olmuşlar.

Rəsmi hissədən sonra mərasim iştirakçıları Paralimpiya İdman kompleksinin mini-futbol meydançasında komandaların nümunəvi oyununa tamaşa etmişlər.

«Azərikimya» İB-nin 2 komanda ilə təmsil olunduğu yarışlar hər birində 7 ko­manda olmaqla 4 yarımqrup üzrə şəhərin 4 mini-futbol meydançasında keçiriləcək, mayın 10-da – ulu öndər H.Əliyevin ad günündə yarışlara yekun vurulacaqdır.

«Azərikimya» İB-nin və şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı və dəs­təyi ilə keçirilən yarışlar, AFFA tərəfindən ayrılmış xüsusi hakimlər briqadası tərəfindən idarə olunacaq və I, II, III və IV yeri tutmuş komandalar qiymətli hədiyyələr və «Azərikimya» İB-nin, həmçinin şəhər Gənclər və idman Baş idarəsinin Fəxri fərmanları ilə təltif olunacaqlar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın