Menu
Geri İrəli

Azad Rəhimov Sumqayıt şəhərində vətəndaşları qəbul edib

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Sentyabr 2014 • Baxış sayı: 464 dəfə • Şərh yoxdur


azad_rehimov_gorush_250914_0225 sentyabr 2014-cü il tarixdə gənclər və idman naziri Azad Rəhimov Sumqayıt şəhəri Tarix muzeyində vətəndaşları qəbul edib.

Nazirlikdən Trend-ə veriləm məlumata görə, qəbulda Sumqayıt şəhəri ilə yanaşı, Abşeron, Qobustan, Xızı və Şamaxıdan olan vətəndaşlar iştirak edib.

30-dək vətəndaşın iştirak etdiyi qəbulda müraciətlərin böyük qismi idman sahəsi ilə bağlı olub. İdman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri müraciətlər sırasında olub.

Gənclər sahəsi üzrə edilən müraciətlər əsasən Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı,gənclərin asudə vaxtının səmərəli təşkili, yay istirahət düşərgələri ilə bağlı olub.

Digər müraciətlər ipoteka kreditlərinin verilməsi, iş ilə təminat və şəxsi məsələlərlə bağlı bağlı olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

azad_rehimov_gorush_250914_01

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın