Menu
Geri İrəli

Azad Rəhimov Sumqayıtda vətəndaşları qəbul edib

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Aprel 2017 • Baxış sayı: 541 dəfə • Şərh yoxdur

unnamedGənclər və idman naziri Azad Rəhimov aprelin 17-də Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt, Abşeron, Qobustan, Şamaxı, Xızı şəhər və rayon sakinlərini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, ümumilikdə 30-a yaxın sakinin iştirak etdiyi qəbulda müraciətlər əsasən gənclər, idman, tikinti sahələri, sahibkarlarlığın inkişafı ilə bağlı kreditlərinin verilməsi və iş ilə təminatla bağlı olub.

Böyük hissəsi idman sahəsi ilə bağlı olan müraciətlər sırasına fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, təmirə ehtiyacı olan idman obyektlərinin bərpası, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri, idmançıların beynəlxalq yarışlarda iştirakı və s. daxil olub.

Gənclər sahəsində edilən müraciətlər sırasına Qeyri-Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti istiqamətində olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

unnamed (2) unnamed (1)

6cc95cf4-4c73-44b0-800c-13b1b40caad31-1492413916 (1) 6cc95cf4-4c73-44b0-800c-13b1b40caad31-1492413916 52cfcc2a-b13c-4d78-856f-8dee2d350b501-1492413916 215c8230-0fa5-4978-9a9a-f3f850a441c51-1492413916 936bcf44-3119-4c12-8e8f-a0c675957f821-1492413916

Facebook Şərhləndirmə:

Şərhinizi yazın