Menu
Geri İrəli

AZAL biletləri qaytarmaq istəyənlərə izahat verdi: “Ucuzlaşma avqustun 1-dən olacaq”

Müəllif: sumqayitxeber.com • Tarix: 22 İyul 2015 • Baxış sayı: 536 dəfə • Şərh yoxdur

azal“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) biletlərin aşağı salınması ilə bağlı dünən verdiyi açıqlama insanlar arasında təşviş salıb. Belə ki, bir neçə gün öncədən baha qiymətə bilet alan şəxslər ucuzşlamadan sonra pullarının geri qaytarılmasını istəyirlər.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib ki, biletlərin ucuzlaşması avqust ayından həyata keçiriləcək. Avqustun 1-nə kimi isə sərnişinlər köhnə qiymətlərlə bilet alacaqlar.

“Açıqlamada da bu haqda məlumat verilib ki, bu ilin avqustun 1-dən etibarən “Azərbaycan Hava Yolları”nın bütün istiqamətləri üzrə minimal cari ekonom-klass tariflərinə 20 faiz endirim tətbiq olunacaq. Bu tarif üzrə satılan biletlərin sayı təyyarədə yerlərin 30 faizini təşkil edəcək. Bu zaman sərnişinlər üçün bütün növ ekonom-klass xidmətləri saxlanılacaq. Prosedur qaydaları belədir. Texniki cəhətdən buna hazırlıq gedir, ona görə ucuzlaşma avqustun 1-dən aparılır”.

Qeyd edək ki, iyulun 16-da “Azərbaycan Hava Yolları” QSC-nin İdarə heyətinin Dövlət Mülki Aviasiya Administrasiyası ilə birgə keçirilmiş iclasında İdarə Heyətinin sədri Cahangir Əsgərov hər bir hava xəttinin tariflərinin dərindən təhlil edilməsini, aviabiletlərin qiymətinin aşağı salınması yollarının araşdırılmasını, güzəştlərin tətbiq edilmə şərtlərinin və tariflərin yeni tənzimləmə mexanizminin işlənib hazırlanmasını tapşırıb. İyulun 21-də “Azərbaycan Hava Yolları” QSC-nin İdarə Heyətinin kollegiyasının qapalı iclası keçirilib. İclasda aviabiletlərin cari qiymətlərinin azaldılması üçün təkliflər dinlənilib. Məruzələr nəticəsində bu məsələ ilə bağlı konkret tədbirlərin görülməsinə qərar verilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın