Menu
Geri İrəli

AZAL-da fövqəladə iclas – Qiymətlər aşağı salınır

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Dekabr 2015 • Baxış sayı: 401 dəfə • Şərh yoxdur
Share Button

changirAzərbaycan Mərkəzi Bankının manatın üzən məzənnəyə keçidi barədə qərarı ilə əlaqədar olaraq bu gün “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin İdarə Heyətinin növbədənkənar iclası keçirilib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov iclasda Azərbaycan Respublikasının hava limanlarından olan uçuşlara aviabilet qiymətinin aşağı salınması imkanlarını nəzərdən keçirməyi tapşırmışdır.

30 gün ərzində Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıe Vodı, İstanbul, Ankara, Antalya, Təl-Əviv, Tehran, Dubay, Aktau, Kiyev, Lvov, Minsk, Tbilisi və s. kimi şəhərlərə aviabilet qiymətlərinin optimallaşdırılması imkanlarını nəzərdən keçirmək və İdarə Heyətinin növbədənkənar iclasında məruzə etmək qərara alınmışdır.

Qəbul olunmuş qərarlar barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın