Menu
Geri İrəli

Azərbaycan ərazisinə soxulmuş erməni tutulub – ŞOK

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Mart 2014 • Baxış sayı: 484 dəfə • Şərh yoxdur

Bu gün günorta saatlarında Tovuz rayonunda Ermənistan sakini tutulub. Lent.az-ın məlumatına görə, Tovuz çayı üzərindəki dəmiryolu körpüsünün yaxınlığında özünü şübhəli aparan şəxs saxlanılıb. Onun erməni olduğu müəyyən edilib. Həmin şəxs nə Azərbaycan, nə də rus dilini bilmirmiş.

Hadisə ilə bağlı ilk xəbəri Tovuzun yerli telekanalı olan TürkelTV yayıb. Telekanalın məlumatına görə, 30-35 yaşlı ermənini ilkin olaraq ətrafda yaşayan sakinlər görüb. Sonra həmin erməni gənci Milli Təhlükəsizlik Nazirliyinin Tovuz rayon şöbəsinin əməkdaşlarına təhvil veriblər. Faktı MTN-in Tovuz rayon şöbəsinin rəisi Azad Qurbanov TürkelTV-yə təsdiqləyib. Onun sözlərinə görə, həmin şəxs Bakıya Milli Təhlükəsizlik Nazirliyinə göndərilib.

hebs-esir

Facebook Şərhləndirmə:

Şərhinizi yazın