Menu
Geri İrəli

“Azərbaycan hökmdarları: Səfəvilər” kitabının təqdimatı keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Dekabr 2015 • Baxış sayı: 561 dəfə • Şərh yoxdur

12373185_1167634959931231_6309083063723835762_n

Bu gün ”Kitabevim”-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə,”OĞUZ” Müstəqil Araşdırmaçılar Qrupunun yeni layihəsi olan, Vuqar Ziferoglu və Ceyhun Bayramlinın müəlliflik etdikləri “Azərbaycan hökmdarları: Səfəvilər” adlı məlumat kitabının təqdimatı keçirilib. Təqdimatda  ictimai-siyasi xadimlər, jurnalistlər və tələbələr iştirak ediblər.

Ön sözü kitabın müəlliflərindən olan V.Zifəroğlu bildirib ki,kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə ərsəyə gəlib .Vurğulayıb ki, Azərbaycan Səfəvilər dövlətini, dünya ictimaiyyətinin, elmi sferasının bir çox hissəsi İran dövləti kimi tanıyır və öyrənirlər. O, belə vəziyyətin xarici ölkələrdə yaşayan və təhsil alan soydaşlarımız tərəfindən ciddi narazılıqla qarşılandığını söyləyib.Azərbaycan Səfəvi xanədanına məxsus hökmdarlar barədə 2 dildə avtobioqrafik məlumatları və rəngli şəkilləri özündə ehtiva edən kitabın ən böyük spesifik xüsusiyyəti ondan ibarətdir ki, orada təkcə Səfəvi hökmdarları geniş təsvir edilmir, eyni zamanda onların şəkilləri təqdim edilir, eləcə də dövlərinə aid bayraqlar və sikkələrin, xəritələrin təsvirlərinə də geniş yer ayrılıb.Tədbir digər müəllif  Ceyhun Bayramlının fikri ilə davam edib. Bildirib ki, Azərbaycan tarixini ehtiva edən məlumatlar üzərində daim  işlənilməlidir. Müəllif  bu cür vəsaitələrin davamlı olacağını vurğulayib.

Təqdimat tədbir iştirakçıların kitab haqqında fikirləri ilə davam edib.Müəlliflərə uğurlar arzulanıb.Müəllilərdə öz növbəsində iştirakçıların əldə etdiyi kitablara öz ürək sözlərini yazıb.

Məqalə müəllifi: Quluzadə Toğrul

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın