Menu
Geri İrəli

Azərbaycan karateçisi İstanbulda qalib oldu

Müəllif: Sumqayitxeber.com • Tarix: 7 Sentyabr 2015 • Baxış sayı: 248 dəfə • Şərh yoxdur

14416364292021657330_1000x669Millimiz komanda hesabında yeddinci oldu.

İstanbulda “Karate-1” Premyer Liqasında iştirak edən Azərbaycan milli komandasının üzvü İrina Zaretska yarışın qalibi adını qazanıb.

Oxu.Az xəbər verir ki, digər idmançılarımızdan Rafiz Həsənov (-67 kq) və Ceyhun Mustafayev (-60 kq) bürünc medal uğrunda həlledici görüşdə məğlub olublar. Azərbaycan millisi komanda hesabında yeddinci yeri tutub.

İstanbul “Karate-1” Premyer Liqasında 48 ölkədən 492 idmançı iştirak edib.

Dünya Karate Federasiyasının “Karate-1” Premyer Liqa yarışlarında növbəti turnir sentyabrın sonunda Almaniyada keçiriləcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın