Menu
Geri İrəli

Azərbaycana nə üçün investisiya bankları lazımdır?

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Yanvar 2015 • Baxış sayı: 1,903 dəfə • Şərh yoxdur
Share Button

faiqSon zamanlar dünya da baş verən iqtisadi proseslər bir daha onu göstərir ki,  real sektorun güclü olduğu və iqtisadi strukturun daha sağlam olduğu ölkələr rəqabətə tab gətirə bilər. Ümumiyyətlə iqtisadiyyatın dayağının real sektor olduğu və ölkənin iqtisadi artımında maliyyə və bank sektorunun nə qədər önəmli olduğu bir daha üzə çıxır. Azərbaycanda real sektorun inkişafı üçün son zamanlar bir sıra islahatlar həyata keçirilir. Ancaq burda bəzi çatışmazlıqlar mövcuddur. Bunlardan əsas və ən önəmli olan iki məsələyə toxunmaq istərdim.

Birincisi kommersiya banklarında faizlərin yüksək olması, ikincisi isə maliyyə bazarının və birjanın inkişaf etməməsidir. Bunun uzun müddətli investisiya qoyuluşlarına mənfi təsiri var. Birincisi  investisiya qoymaq istəyən şəxs yüksək kredit faizi ilə borçlanmaq məcburiyyətində qalacaq  və təbii ki bu da həmin şəxsin yüksək məbləğdə faiz xərclərinə, səbəb olacaq ki bu invesitisiya qoyuluşundan imtinaya səbəb olabilər.  Digər tərəfdən maliyyə bazarlarının xüsusi ilə birjanın inkişaf etməməsi bu işin az xərclə gerçəkləşməsinə dəstək olmayacaqdır. Bunun üçün hələ Amerika da 1933-cü ildə qəbul edilmiş Glass-Steagall Akt’ı o zaman Amerika da kommersiya və investisiya bankları arasında fərq ortaya qoymuşdur. Bu isə Amerika da investisiya banklarının inkişafına və kommersiya bankları ilə investisiya banklarının ayrı ayrılıqda rəqabət mühitinin qorunmasına yardımcı olmuşdur. Hətta o zamanlar Amerika da infrastruktur layihələrinin inkişafında və reallaşmasında invesitisiya bankları önəmli paya sahib olmuşdur.

Bu qanun eyni zamanda bank və digər maliyyə xidmətlərini bir birindən ayırmışdır. Məsəl üçün kommersiya bankları dövlət  tərəfindən ixrac edilən qiymətli kağızların satışını edə bilərdi. Ancaq şirkətlərin ixrac etdiyi qiymətli kağız satışına və vasitəçilik fəaliyyətinə izin verilmirdi. Eyni zamanda kommersiya bankları daşınmaz əmlak faaliyyətini və sığorta fəaliyyətini gerçəkləşdirə bilməzdi. Bu sadaladığımız faaliyyətlər investisiya banklarına məxsus idi. 1980 və 1982-ci illər də bu qanunun tədricən ortadan qalxması üçün aktlar qəbul edilmişdir. Ən son isə 1999-cu ildə qəbul edilən Gramm-Leach-Bliley Akt’ı ilə Glass-Steagall Akt’ı ortadan qalxmışdı və Amerika Mərkəz Bankı kommersiya banklarına sığorta və qiymətli kağız satma izni vermişdir. ABŞ’ın ən yüksək aktivə sahib olan banklarından biri olan Citigroup olmaqla bir neçə öndə gələn maliyyə institutlarına yeni maliyyə törəmələri yaratmaq və ticarətini etmək imkanı vermişdir.

Hətta 2008-ci ildə dünyada yaşanan maliyyə böhranında bu qanunun ortadan qalxmasınında bir səbəb olduğu vurğulanmışdır. Çünki o müddətdə kommersiya banklarının verdiyi ipoteka krediti sonrası təminat aldığı zəmanətləri paketləyib qiymətli kağız halına dönüşdürərək yeniden birjalarda  satışı üçün investisiya bankları kommersiya banklarından satın alaraq onların birjalarda satışını həyata keçirmişdir.  Beləliklə bu problemlər böyük bir risk ünsürünü ortaya qoymuşdur.

Ancaq 2010-cu ildə Dodd Frank Qanunu’nun 619-cu maddəsi olan Volcker Qaydası  irəli sürüldü. Bu qanun Glass-Steagall Qanunu’nun yeni və müasir forması olaraq bilinsədə o qanunun qəbul edilməsi təsdiqini tapmadı. Ancaq hələdə  kommersiya bankları ilə investisiya bankları arasında bir sıra fərqlər ortadadır və bu onların rəqabət mühitinin sağlamlaşdırılmasına və ayrı ayrılıqda inkişafına təkan verən qaydalardır. Təbii bununla yanaşı investisiya bankları ümumiyyətlə maliyyə bazarlarının inkişaf etdiyi və sənayenin inkişaf etdiyi ölkələrdə daha çox  tərcih ediləndir. Ancaq düşünsək ki, Azərbaycan da sənayenin inkişafı zəifdir, kommersiya bankları bank sektorunda təkdir və rəqabət mühüti istənilən səviyyədə deyil, onda belə bir bankların yaradılmasına böyük ehtiyac duyulur.

Hal hazırda dünyada gedən proseslər və neftin qiymətinin sürətli düşməsi və inkişaf etmiş bəzi ölkələrin makroiqtisadi dayaqlarının daha sağlam və daha güçlü olması digər dövlətlərin də buna önəm verməsinə və real sektoru, yəni makroiqtisadi dayaqları gücləndirməyə ehtiyac var.  Azərbaycanda da real sektorun inkişafı üçün ilk növbədə bank sektorunda faiz və müddət məsələsinin önəmli ölçüdə həllinə və birjanın inkişafına ehtiyac var. Bunun üçün investisiya bankları yaradaraq bir növ şirkətlərin maliyyə ehtiyaclarının təmin edilməsində daha az xərclə səhm və istiqraz yolu ilə şirkətlərin maliyyə çatışmazlığını aradan qaldırmaq olar. Təbii ki, burada digər məsələ ondan ibarətdir ki, əmanətləri olan şəxslərlə maliyyə dəstəyinə ehtiyacı olan şəxslərin və ya şirkətlərin arasında güvən yaratmaq üçün investisiya bankları vasitəçilik misiyasını öz üzərlərinə götürəcək. Burda digər məsələ şirkətlərin maliyyə hesabatlarının daha doğru və beynəlxalq standartlara uyğunlaşmasını ortaya qoyacaqdır.

Digər tərəfdən şirkətlər daha ucuz kredit dəstəyi alacaqdır. Daxili və xarici bazarlardan istiqraz yolu ilə orta və uzun müddətli maliyyə ehtiyacını qarşılayacaqdır.Eyni zamanda, investisiya bankları xarici və yerli şirkətlərə məsləhət xidməti verəcəkdir. Ən önəmli məsələlədən biri də bir şirkətin maliyyə ehtiyacını qarşılayan zaman əgər bir bank çox yüksək məbləğdə kredit vermək istəmədiyində bu riski azaltmaq üçün sendikat krediti formalaşdıraraq bir neçə bank bu riski aralarında bölüşdürə bilirlər.

Eyni zamanda sənaye şirkətlərinin edəcəyi invesitisya layihələrinin həyata keçirilməsi üçün məsləhət xidmətləri də təklif edəbilərlər.  Bu vəziyyət şirkətlərin uzun müddətli investisiya lahiyələrini daha az xərclə borçlanaraq reallaşmasına yardımcı olabilər. Kommersiya banklarının yüksək faizlə kredit vermə imkanlarını azalda bilər. Bu son nəticədə,  ölkənin real sektorunun inkişafına və şirkətlərin maliyyə tablolarının şəffaflığına və vətəndaşlara açıq olmasına gətirib çıxara, birjanın inkişafına təkan verəbilər. İnsanların şirkətlərin ixrac etdiyi qiymətli kağızları almağa sövq edəbilər. İnvestisiya bankları bu mövzuda şirkətlər və vətəndaşlar arasında vasitəçi olaraq hər iki tərəfin riskini daşımaqla onlarda güvən ünsürünü yaradabilər.

Təbii burda dünya ölkələrinin son zamanlar önəm verdiyi məsələləridə diqqətdə saxlamaq lazımdır. Bunlar “mal varlığı”na bağlı kredit riski məlumatlarının verilməsindəki problemlərin ortadan qaldırılması, bankların risklərin idarəedilməsini düzgün aparması, kredit dərəcələndirmə qurumlarının diqqətlə izlənilməsi, birinci və ikinci bazar alətləri arasında strukturun gücləndirilməsi təmin etmək, nəzarət qurumlarının bazarları və maliyyə institutlarının izləmə istiqamətlərinin genişləndirilməsi, nəzarət qurumlarının beynəlxalq işbirliyinin sağlamlaşdırılması önə sürülən məsələlərdir.

Düzdür bu gün Azərbaycanda bir sıra bankların investisiya departamenti fəaliyyət göstərir ancaq bu kommersiya banklarında faizlərin yüksək olması və paralel olaraq depozit qəbul etməsi, eyni zamanda birjanın zəif olması o departamentlərin işinə kölgə salır. Bugün Türkiyədə də, belə departamentlər kommersiya banklarının nəzdində var. Əsas yaranma səbəbi isə kommersiya banklarının birbaşa olaraq birjalarda alım-satıma vasitəçilik edə bilməsəsidir. Kommersiya bankları nəzdində yaradılan investisiya departamentləri tam olaraq investisiya banklarının fəaliyyətlərini gerçəkləşdirmədikləri üçün qeyri-formal xarakter daşıyır. Ona görə də, kommersiya banklarının nəzdində yaratmaqdansa birbaşa investisiya bankalarının yaradılması daha doğru qərar olardı.

 Bütün bunları diqqətə alsaq, qurulacaq investisiya bankları Azərbaycan da maliyyə bazarının inkişafına, investisiyaların artmasına, mühasibat və audit sisteminin inkişafına, maliyyə şəffaflığının artırılmasına, rəqabət mühitinin yaradılmasına, kommersiya banklarında kredit faizlərinin azalmasına, vətəndaşların maliyyə bazarına olan güvəninin artmasına, sənaye sektorunun inkişafına və digər bir sıra önəmli məsələlərin həllinə kömək edəcəkdir.

İqtisadçı ekspert, Faiq Nuriyev

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın