Menu
Geri İrəli

Azərbaycanda dəhşətli qəza: ölənlərin sayı 4-ə çatdı

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Fevral 2014 • Baxış sayı: 304 dəfə • Şərh yoxdur

Qaz-31-qeza-190710Baxı – Qazax magistralının Şəmkir rayonundan keçən hissəsində ağır yol-nəqliyyat qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün günün ikinci yarasında qeydə alınıb. Samux rayonunun Qovlar Sarı kənd sakini, 1964-cü il təvəllüdlü Elçin Xəlilovun idarə etdiyi “QAZ 24” markalı avtomobillə, Şəmkir rayon Sabirkənd kənd sakini, 1947-ci il təvəllüdlü Rəsul Əliyevin idarə etdiyi “VAZ 21011” markalı avtomobil toqquşub. Qəza nəticəsində “QAZ-24”ün sərnişini, Samux rayonunun Qovlar Sarı kənd sakini, 38 yaşlı İsgəndər İsmayılov, “VAZ 21011” markalı avtomobilin sürücüsü, Şəmkir rayon Sabirkənd kənd sakini, 67 yaşlı Rəsul Əliyev, sərnişinləri, həmyerliləri, 65 yaşlı Rəfiqə Əliyeva, 41 yaşlı Rəqibə Əliyeva hadisə yerindəcə dünyalarını dəyişiblər. “QAZ 24”-ün sürücüsü, Elçin Xəlilov və “VAZ 21011”-də olan bir sərnişin bədən xəsarətləri ilə Şəmkir Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

*****

16:21

Şəmkir rayonunda dəhşətli yol qəzası baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Bakı-Qazax magistralının Şəmkir rayonundan keçən hissəsində qeydə alınıb.

“QAZ 24” və “VAZ 21011” markalı avtomobillərin toqquşması nəticəsində üç nəfərin öldüyü, bir neçə nəfərin xəsarət aldığı bildirilib.

Ölənlərin və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın