Menu
Geri İrəli

Azərbaycanda dünyanın ən böyük təndiri inşa olunur – FOTO

Müəllif: Sumqayitxeber.com • Tarix: 11 Sentyabr 2015 • Baxış sayı: 403 dəfə • Şərh yoxdur
Share Button

3Təndirin hündürlüyü 6,5 m, diametri 12 m-dir.

Dünyanın ən böyük təndirlərindən biri Azərbaycanın Astara şəhərində – Xəzər dənizinin sahilində yerləşən park-bulvar ərazisində inşa olunur.

APA-nın cənub bürosunun məlumatına görə, artıq iki aya yaxındır, tikintisi davam edən təndirin bir aydan sonra istifadəyə verilməsi nəzərdə tutulub.

Təndirin hündürlüyü 6,5 m, diametri 12 m-dir. Bu unikal obyektin inşasında kərpic və daş əvəzində əsasən yüngül metal konstruksiyalardan istifadə olunub. Onun içəri hissəsi isə əl işləri ilə qurulub.

Əsasən 3 bölmədən ibarət olacaq təndirdə Talış mətbəxinin ən məşhur yeməkləri, eləcə də  çörək hazırlanacaq. Bişiriləcək təamlar isə park-bulvara istirahətə gələn qonaqlar  üçün nəzərdə tutulub.

Hazırda təndirin içərisində suvaq işləri və tavan hissəsinin tikintisi davam etdirilir.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın