Menu
Geri İrəli

Azərbaycanda “Erməni dili” kitabı çap olundu

Müəllif: Sumqayitxeber.com • Tarix: 3 Sentyabr 2015 • Baxış sayı: 351 dəfə • 1 şərh

39561Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) “Erməni dili” adlı tədris vəsaiti nəşr edib.

“Turan” bildirir ki, tədris vəsaitinin müəllifi siyasi elmlər doktoru Hatəm Cabbarlı, redaktorları tarix üzrə fəlsəfə doktoru İsrafil Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Sərlan Həsənov, Söhbət Məmmədov və Tahirə Cabbarlıdır.

SAM-ın dəstəyi ilə nəşr edilən və geniş oxucu kütləsi üçün nəzərdə tutulan tədris vəsaiti 4 hissədən ibarətdir: Fonetika, Morfologiya, Söz yaradıcılığı və Sintaksis.

“Erməni dilinin öyrənilməsi, heç şübhəsiz, erməni tarixinə bələd olmaq, bu və digər məsələlərə aydınlıq gətirmək, hadisələri öyrənmək və dəyərləndirmək baxımından da əhəmiyyətlidir”,- SAM-ın məlumatında deyilir.

Xatırladaq ki, bu kitab Azərbaycanın müstəqilliyi dövründə erməni dilinin öyrənilməsi üçün çap edilən ilk tədris vəsaitidir.

Facebook Şərhləndirmə:

“Azərbaycanda “Erməni dili” kitabı çap olundu” yazısına bir cavab

  1. Solmaz Cahangirova deyir:

    Düşmənin dilini bilmək onun tarixini bilib hərəkət etməyə yol göstətəcək.Çoxdan bu dili öyrənməliyfik.

Şərhinizi yazın