Menu
Geri İrəli

Azərbaycanda tərəvəzlə meyvənin qiyməti qalxıb- Səbəb Rusiya bazarıdır

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Sentyabr 2014 • Baxış sayı: 454 dəfə • Şərh yoxdur

78780

Bir neçə gündür ki, yerli bazarlarda kənd təsərrüfatı məhsullarının qiymətində kəskin artım müşahidə olunur. Qiymət bahalaşmasının səbəbini yerli məhsulun Rusiya bazarlarına çıxması ilə əlaqələndirirlər. Eyni zamanda bahalaşmanın manatın məzənnəsinə təsir göstərəcəyi ilə bağlı fikirlər də var. 

“Qafqazinfo” iqtisadçı ekspert Vüqar Bayramovdan  həm bahalaşma səbəbləri, həm də prosesin manatın məzənnəsinə necə təsir göstərəcəyi barədə fikirlərini öyrənib. 

 

Ekspert bahalaşmanın səbəbini yerli məhsulların Rusiya bazarlarına çıxarılmasından əlavə, burada mövsümi faktorların rol oynadığını bildirib.

 

“Nəzərə alsaq ki, kənd təsərrüfatı mallarının istehsalının azalması müşahidə olunur.  Adətən avqust və sentyabr aylarında qiymət artımı müşahidə edilir. Problem ondan ibarıətdir ki, iyun ayında tərəvəz məhsullarının qiymətində kəskin azalma müşahidə olunub. Bu da kənd təsərrüfatı məhsullarının maliyyə durumuna mənfi təsir göstərib. Tərəvəz məhsullarının qiymətinin kəskin ucuz olmasının ölkənin maraqlarına uyğun deyil. Çünki bu, fermer təsərrüfatlarında fəaliyyətinin məhdudlaşmasına və növbəti illərdə daha az sayda kənd təsərrüfatı məhsullarının istehsalına gətirib çıxarır”.

 

Məsələnin iqtisadi tərəfinə də toxunan ekspert qeyd edib ki, Rusiya bazarı daha cəlbedicidir:

 

“ Fermerlər öz məhsullarını Rusiya bazarlarına çıxarmaqla daha çox gəlir əldə edirlər. Müsbət məqam odur ki, bu qeyri- neft sektorunda ixracatın artmasına gətirib çıxarır. Həm də ölkəyə daxil olan valyutanın həcminin artması baxımından da əhəmiyyətlidir. Mənfi məqam odur ki, istehlak bazarında qiymətlərin artmasına və istehlakçıların daha baha qiymətə məhsullar almasına gətirib çıxarır.

 

Rusiya bazarına çıxış paytaxt bazarına çıxışdan daha asan olur. İş adamları, fermerlər meyvə məhsullarını bazara çıxarmamağa çalışır. Daxili bazarda daha yüksək qiymətə satmağa çalışırlar. Bu da psixoloji olaraq qiymət artımına təsir göstərir”.

 

Vüqar Bayramov aqrar sektorda  bahalaşmanın manatın məzənnəsinə mənfi təsir göstərəcəyini düşünmür: “

 

Həm də manatın məzənnəsi Mərkəzi Bank tərəfindən tənzimlənir. Manatın alıcılıq qabiliyyətində isə aqrar məhsullardan daha çox ərzaq və sənaye məhsullarının təsiri daha böyükdür.  Bu da istehlakçıların xərcinin artmasına gətirib çıxarır. Ailə büdcəsində xərc artım müşahidə edilir”.

 

Qeyd edək ki, bazarda məhsulların qiymət kəskin artıb. 40-50 qəpiklik kartofun qiyməti 1 manat, 30-40 qəpiklik soğan 50-60 qəpiyə, pomidorun qiyməti isə hazırda 1 manat 50 qəpik, hətta 2 manata qalxıb.

 

Satıcılar isə bunu yaxşı malların Rusiya bazarına getməsi ilə əlaqələndiriblər.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın