Menu
Geri İrəli

Sumqayıtlı yazıçının Facebook səhifəsi dağıdıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 5 İyul 2014 • Baxış sayı: 389 dəfə • Şərh yoxdur

varisYazıçı Varis ”Facebook” sosial şəbəkəsi istifadəçilərinə müraciət edib.

ANS PRESS-in məlumatına görə, müraciətdə deyilir:

“Əziz dostlar. Son vaxtlar ölkəmizdə kibercinayətkarlıq hallarına ara-sıra rast gəlinir. Belə cinayətlə bu günlərdə biz də üzləşmişik. Belə ki, bir müddət öncə yazıçılıq fəaliyyətimi işıqlandırmaq üçün nəzərdə tutulmuş tanıtım və profil səhifələrinin şifrəsini qıraraq onları ələ keçırən xaker səhifələri işlədən köməkçilərimdən biri ilə ünsiyyət qurub. 1000 manat müqabilində səhifələri geri qaytarmağı təklifi edilib. Xaker ”Rövşən Cavadov”, ”Bozqurd Millətçi” , ”Fırtına fan klubu”, ”Danışan şəkillər” kimi profil və səhifələrdən çat vasitəsilə yazmaqla köməkçimdən israrla pul tələb edib. Bununla razılaşılmadığını görəndə isə profil səhifəsinin inbox hissəsində photoshop proqramında hazırlanan əsasən əxlaqsızlıqdan ibarət bir neçə profil yazışması qoyaraq səhifələri geri qaytarıb və bu dəfə həmin yazışmaları mətbuata ötürəcəyi, sosial şəbəkədə paylayaşacağı hədə-qorxusu ilə pul tələb etməyə başlayıb. Məsələ dərhal kibercinayətlə mübarizə aparan xüsusi orqanların diqqətinə çatdırılıb. Hal-hazırda bu insanın aşkar edilərək zərərsizləşdirilməsi üzrə fəaliiyət aparılır”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın