Menu
Geri İrəli

Azərbaycanın beş regionunda Koreya filmlərinin nümayişi planlaşdırılır

Müəllif: sumqayitxeber.com • Tarix: 3 İyul 2015 • Baxış sayı: 406 dəfə • Şərh yoxdur

333Azərbaycan Mədəniyyət Fondu, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası, Koreya Fondunun təşkilatçılığı və Koreya Respublikasının Bakıdakı səfirliyinin dəstəyi ilə iyulun 6–dan avqustun 15-dək ölkəmizin 5 regionunda Azərbaycanda Koreya kinosu festivalının keçirilməsi planlaşdırılır.
SEBA Assosiasiyasından AZƏRTAC-a bildirilib ki, festivalda 2008-2013-cü illərin istehsalı olan 10 Koreya filmi nümayiş olunacaq. Assosiasiyanın dəstəyi ilə Azərbaycan dilinə dublyaj edilmiş Koreya filmləri tamaşaçılara Gəncə, Lənkəran, Sumqayıt, Ağdaş və Qəbələdə təqdim olunacaq.
İyulun 6-da Gəncə şəhərində reallaşacaq festivalının rəsmi açılış mərasimində rejissor Yim Soon-rye tərəfindən 2008-ci ildə lentə alınmış “Əbədi an” (“Forever The Moment”) filmi göstəriləcək.
Festivala avqustun 15-də Qəbələdə rejissor Choi Ik-hwan tərəfindən 2011-ci ildə lentə alınmış “Ana” (“Mama”) filminin nümayişi ilə yekun vurulacaq.
Azərbaycanda Koreya kinosu festivalının tədbirləri ictimaiyyət üçün açıqdır və nümayiş olunan bütün filmlərə giriş pulsuzdur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın