Menu
Geri İrəli

Azərbaycanın tanınmış həkimləri Sumqayıt bulvarında – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 11 İyul 2016 • Baxış sayı: 1,893 dəfə • Şərh yoxdur

Sumqayıt şəhərində Həkimləri Təkmilləşdirmə İnstitutunun “Psixiatriya və narkologiya” kafedrasının professoru, respublikanın əməkdar həkimi, tibb elmləri doktoru Nadir Əliyevin 70 illik yubley tədbiri keçirilib.

Yubiley tədbirində Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov, Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının professoru, tibb elmləri doktoru Zəfər Əliyev, Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Rəsulov Ağahəsən, Respublika Məhkəmə-Psixiatriya Mərkəzinin direktoru Ağayev Əkbər, Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti, psixiatriya kafedrasının professoru, tibb elmləri doktoru Nadir İsmayılov, Həkimləri Təkmilləşdirmə İnstitutunun psixiatriya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Teymur Qafarov, Tibb elmləri dostoru, professor, Azərbaycan Respublikası Məhkəmə-narkoloji ekspertizanın direktoru Bilal Əsədov, Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktoru, tibb elmləri doktoru, professor Fuad İsmayılov, Sumqayıt şəhərinin baş psixiatrı, Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının baş həkimi Mayıl Tağıyev, Gəncə, Şəki, Lənkəran, Qazax, Quba Regional Psixiatriya Xəstəxanalarının baş həkimləri iştirak ediblər.

Sumqayitxeber.com xəbər verir ki, yubley tədbiri çərçivəsində Sumqayıt şəhərində səfərdə olan respublikanın tanınmış həkimləri dənizkənarında salınan yeni bulvarda olublar.

Qonaqlara şəhərdə həyata keçirilən abadlıq-qruculuq, yeni salınan dənizkənarı bulvarla bağlı ətraflı məlumat  verilib.

Yubiley iştirakçıları yeni inkişaf mərhələsini yaşayan Sumqayıt şəhərindən xoş təəssüratla ayrılıblar.

DSC_0033

DSC_0050

DSC_0043

DSC_0002 DSC_0003 (1) DSC_0004 DSC_0005 (1) DSC_0010 DSC_0011 DSC_0012 (1) DSC_0013 DSC_0014 DSC_0016 (1) DSC_0018
DSC_0036

DSC_0060 DSC_0065

 

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın