Menu
Geri İrəli

Azərbaycanlı gəncin maraqlı hobbisi

Müəllif: sumqayitxeber.com • Tarix: 8 May 2015 • Baxış sayı: 632 dəfə • Şərh yoxdur

9a6bb6a90a00“Ağzımdan çıxdı ki, bunun eynisini düzəldəcəm”

Rusiyada yaşayan azərbaycanlı Elnur Mehdiyev əl ilə mürəkkəb oyuncaq konstruksiyasını yığıb.
Oxu.Az xəbər verir ki, Elnur birotaqlı mənzildə körpə uşaqla oyuncaq qaraj yığıb.
 
Elnur bildirib ki, bütün detalları öz əlləri ilə hazırlayıb. 
“Adım Elnurdur. Artıq uzun müddətdir ki, Peterburqda yaşayıram. Buna baxmayaraq, daima dostlarımla əlaqə saxlayıram. Bakıda dostlaşdığım, və indi dünyanın müxtəlif yerlərində olan insanlarla əlaqə saxlayırıq, yalnız Bakıda və ya Peterburqda deyil, eləcə də dünyanın müxtəlif şəhərlərində yolumuz kəsişir. Bu görüşlərdən biri də Dubayda baş tutdu.
Dostum Pərviz (miqyas 1:18) avtomobil modellərini kolleksiya edir. Yalan deməyəcəm – nə qədərdir, amma onda bu modellərdən çoxdur. Və bir dəfə Dubayın mall-larının birində mağazada qarajda duran avtomobil modeli gördük. Qaraj avtomobildən bir az böyük idi, əl ilə yığılmışdı. Mən uşaqlıqdan incəsənətin müxtəlif növlərində (rəsm, modelləşdirmə, kallajlar, fotoçəkiliş) hobbi kimi  özümü sınamışam. Və ağzımdan çıxdı ki, bunun eynisini düzəldəcəm.
Və bir müddət keçdikdən sonra mən onu yığdım. Proses zamanı diaqramanın istiqamətlərindən birini öyrəndim. Onu uzun müddət yığdım, çünki lazımi materiallar və alətlər, eləcə də uyğun iş yeri yox idi. Birotaqlı mənzildə körpə uşaqla, layihəni realizə etmək çətin idi. Yuxu vaxtı, boya iyi, kiçik detallar, ilk təcrübə, iş bitdikdən sonra bütün alətləri yığmaq və sonra yenidən düzmək – bütün bunlar işin başa çatdırılma müddətinə təsir etdi. Düşünürəm ki, bu işin öhdəsindəm bir aya gəlmək real məsələdir”.
























Facebook Şərhləndirmə:

Şərhinizi yazın