Menu
Geri İrəli

«Azərikimya» 20 Yanvar hadisələri ilə əlaqədar silsilə tədbirlər keçirib

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Yanvar 2014 • Baxış sayı: 327 dəfə • Şərh yoxdur

_DSC0009Respublikamızın hər yerində olduğu kimi «Azərikimya» İstehsalat Birliyində də 20 Yanvar hadisələrinin 24-cü ildönümü silsilə tədbirlərlə qeyd olunub. Belə ki, yanvarın 20-nə qədər Birliyin Nəqliyyat və Xüsusi Texnika İdarəsində, «Kimyaelmitəd­qiqatlayihə» İnstitutunda, Anbar Təsərrüfatında, Etilen-polietilen zavodunda, Təmir-tikinti İdarəsində, həmçinin «Azərikimya» İB-nin baş ofisində anım mərasimləri keçirilib.

Anım mərasimlərində əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ruhlarına dualar oxunmuş­dur. Çıxış edənlər qeyd etmişlər ki, 24 il öncə – 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyasının nəhəng hərb maşını müstəqillik uğrunda aparılan milli azadlıq mübarizəsini qan gölündə boğmaq üçün bir neçə istiqamətdən Bakı üzərinə yeridi. XX əsrdə insanlığa qarşı törədilmiş zorakılığın, qeyri-insani rəftarın, işgəncələrin ən dəhşətlilərindən biri olmaqla, hər birimizin yaddaşına «qanlı şənbə ge­cəsi» kimi həkk olunan bu hərbi təcavüz nəticəsində yüzlərlə vətəndaşımız şəhidlik zirvəsinə yüksəldi. Yaralananların, itkin düşənlərin sayı isə qat-qat artıq idi. Bu, yalnız yüzlərlə insanlara edilən qəsd deyil, bütövlükdə xalqımıza, millətimizə və respublikamıza qarşı həyata keçirilən bir cinayət aksiyası idi.

Çıxşılarda 20 Yanvarın öz torpaqlarının müdafiəsinə qalxmış, haqsızlığa və ədalət­sizliyə qarşı öz haqq səsini ucaltmış, bunun müqabilində güclü və qansız düşmənlə üz-üzə qalmış dinc, əliyalın insanların mərdlik, rəşadət, qürur və qəhrəmanlıq tarixi olduğu ön plana çəkilmişdir.

«Azərikimya» İstehsalat Birliyinin xətti ilə 20 Yanvar hadisələri ilə əlaqədar növbəti tədbir Sumqayıt şəhərindəki 34 saylı tam orta məktəbdə keçirilmişdir. Tədbirdən öncə kimyaçılar Sumqayıtda vətənimizin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış  abidələri ziyarət etmişlər. Sonra iştirakçılar məktəbin foyesində ümum­xalq hüzn günü ilə bağlı şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiyaya tamaşa etmiş, şagirdlərin ifasında vətənpərvərlik mövzusunda səsləndirilən şeirləri dinləmişlər.

 Tədbir iştirakçıları Azərbaycanın azadlığı və torpaqlarımızın müda­fiəsi uğ­runda canla­rını qurban vermiş soydaşlarımızın xatirəsinin xalqımızın qəlbində daim yaşayacağına əmin olduqlarını bildirmişlər.

20 Yanvar günündə isə «Azərikimya» İstehsalat Birliyinin kollektivi şəhər ictimaiyyəti ilə birgə Sumqayıtdakı Şəhidlər Xiyabanını ziyarət etmişlər. Kimyaçılar “Məşəl” abidəsinin önünə və şəhid məzarlarının üzərinə tər qərənfillər düzərək, şəhidlərin ruhuna öz ehtiramlarını bildirmişlər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın