Menu
Geri İrəli

«Azərikimya»-da geniş müşavirə keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 29 May 2014 • Baxış sayı: 454 dəfə • Şərh yoxdur

695922«Azərikimya» İstehsalat Birliyinin Etilen-polietilen zavodunda texnoloji qurğu və avadanlıqların ahəng- dar işini, yüksək məhsuldarlığını, təhlükəsiz istismarını, əməyin mühafizəsi, yanğın təhlükəsizliyini təmin etmək məqsədilə bir müddət öncə başlanan təmir işləri uğurla başa çatdırılıb

Təmirdən öncə müəssisələrdə texniki-təhlükəsizlik tədbirlərini güc-lən-dirmək məqsədilə Birlik rəhbərliyinin sərəncamı ilə hər bir istehsalata, hər bir sexə cavabdeh olan mühəndis və texniki işçi ayrılmış, təmirə cəlb olunmuş briqadaların bütün işçiləri təhlükəsizlik texnikası qaydaları üzrə təlimatlandırılmış, hər bir sex və istehsalatında ciddi araşdırmalar aparılmış, mümkün ola biləcək təhlükə risklərinin dərəcəsi müəyyənləşdirilmiş, fəaliyyət sahələri təmirə tam hazır olduqdan və bütün təhlükəsizlik tədbirləri yerinə yetirildikdən sonra işə başlamalarına icazə verilmişdir. Həmçinin hər bir təmirçi ilə texniki-təhlükəsizlik qaydalarına əməl olunması istiqamətində fərdi, həmçinin ümumi söhbətlər aparılmış, yüksəklikdə işləyəcək fəhlələr qoruyucu kəmər və digər mühafizə vasitələri ilə təmin olunmuş, onların hər biri tibbi və psixoloyi müayinədən keçirilmiş, qəza-xilasetmə dəstələrinin və sənaye-sanitar laboratoriyasının işi yüksək səviyyədə qurulub.

Bununla belə, bir ay davam edən əsaslı təmir zamanı bir sıra qayda pozuntuları qeydə alınmışdır ki, bu məsələ də «Azərikimya» İstehsalat Birliyinin akt zalında idarə və müəssisə rəhbərlərinin, baş mühəndislərin, istehsalat və sex rəislərinin, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mütəxəs-sislərin və təmirə cavabdehlik daşıyan işçilərin iştirakı ilə keçirilən müşavirədə müzakirə obyektinə çevrilib

Prinsipiallıq və özünütənqid şəraitində keçən müşavirəni giriş sözü ilə açan «Azərikimya» İstehsalat Birliyinin İcraçı direktorunun əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini Vüqar Kərimov əsaslı təmir zamanı qeydə alınmış qayda pozuntularının ötən ilin müvafiq dövrü ilı müqayisəli şəkildə slaydlar vasitəsilə hesabatını təqdim edib

Qeyd olunmuşdur ki, 2014-cü ilin aprel-may aylarında həyata keçirilən əsaslı təmir zamanı ümumilikdə 153 qayda pozuntusu qeydə alınmışdır. Yüksəklikdə iş qaydaları və qoruyucu kəmərdən düzgün istifadə etmədiklərinə görə 11, ayaqaltıdan istifadə etmədiyinə görə 1, sənədləşmə tərtib olunmadığına görə 5, siqaret çəkdiyinə görə 2, iş yerini qaydalara uyğun hazırlamadıqlarına görə 4, ətraf mühitə neqativ təsirlərə görə 3, qeyri-standart qay- naq aparatından istifadə etdiyinə görə 1, fərdi mühafizə vasitələrindən istifadə etmədiklərinə görə 3 nəfərə, nəticə etibarilə isə qayda pozuntusuna yol verən 30 işçiyə «Xəbərdarlıq talonu» təqdim edilmişdir. Bunlardan da 11 nəfərə töhmət verilmiş, 4 nəfərə xəbərdarlıq olunmuş, 7 nəfərə son xəbərdarlıq olunmaqla şiddətli töhmət verilmiş, 8 nəfərin isə haqqında tədbir görülməsi üçün rəhbərliyə məktub göndərilib..

Müşavirədə noqsana yol vermiş işçilərin istehsalatdan ayrılmamaqla ARDNŞ-nin Təlim, Tədris və Sertifi-kat-laş-dırma İda-rəsinin Sumqayıt Təlim-Tədris Mərkəzində təkrar kurslara cəlb olunması və biliklərinin yoxlanmasınin həyata keçirilməsi məsələsi qaldırılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın