Menu
Geri İrəli

«Azərikimya» İB-də Xocalı faciəsi anılıb – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Fevral 2016 • Baxış sayı: 619 dəfə • Şərh yoxdur

Fevralın 25-də «Azərikimya» İstehsalat Birliyinin akt zalında Heydər Əliyev Fondu və şəhər İcra Hakimiyyəti ilə birgə Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş geniş tədbir keçirilmişdir.
«Azərikimya» İB ilə yanaşı Sumqayıt şəhərində fəaliyyət göstərən idarə və müəssisələrin, təhsil və mədəniyyət ocaqlarının, kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirak etdiyi xatirə tədbirində öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ruhlarına dualar oxunmuşdur.
1992-ci il il fevralın 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində törətdikləri soyqırım haqqında iştirakçılara geniş məlumat verilən tədbirdə Ümummilli lider Heydər Əliyevin “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” sözləri bu faciəyə verinən ən yüksək qiymət kimi dəyərləndirilmiş, hələ 1994-cü ildə ulu öndərin təşəbbüsü ilə Milli Məclisin “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdiyi, 26 fevral günü – “Xocalı soyqırımı və milli matəm günü” kimi qəbul olunaraq, bütün beynəlxalq təşkilatların bu barədə məlumatlandırıldığı vurğulanmışdır.
İki əsrə yaxın bir dövr ərzində ermənilərin işğalçılıq siyasətini araşdırmaqla məşğul olan və bununla bağlı kitablar, silsilə məqalələr dərc etdirən şair-publisist, dramaturq, Sumqayıt Dövlət Universitetinin müəllimi Əvəz Mahmud Lələdağ çıxış edərək ermənilərin məkrli işğalçılıq və soyqırım siyasətinin geniş təhlilini vermişdir.
Anım mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Dialoq və Əməkdaşlıq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən etibarən həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası bu istiqamətdə atılan mühüm addım kimi dəyərləndirilmiş, bu kampaniya çərçivəsində araya-ərsəyə gələn və bir sıra Avropa ölkələrində yayımlanan, Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş uşaqların faciəsinə həsr olunmuş “Böyüməyən uşaqlar” filmi iştirakçılara təqdim olunmuşdur.
Sonda Heydər Əliyev Fondunun layihə-koordinatoru, “Xocalıya ədalət” Beynəlxalq Kampaniyası İctimai Birliyinin baş mütəxəssisi Fərid Cəfərov bu kampaniya çərçivəsində görülən işlər, həyata keçirilən tədbirlər haqqında geniş məlumat vermiş, iştirakçıların bir sıra suallarını cavablandırmışdır.

12790836_1062835807073018_1519819653124209697_n 1916187_1062835467073052_3188730873038934351_n 10341683_1062835227073076_8487244048631347440_n 10394546_1062834777073121_5239439908440150579_n 12705557_1062835707073028_8275760084638789852_n 12734137_1062835203739745_5404967939306066813_n 12742827_1062835243739741_1235659196989502603_n 12745462_1062835797073019_8378489537656946077_n 12745690_1062835370406395_5274912255681760698_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın