Menu
Geri İrəli

«Azərikimya» İB-də yeni ehtiyyat tutumlar anbarı istifadəyə verilib

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Aprel 2014 • Baxış sayı: 326 dəfə • Şərh yoxdur
Share Button

 «Azərikimya» İstehsalat Birliyinin  Etilen-polietilen zavodunun azot və oksigenə olan tələbatının ödənilməsi məqsədilə keçən ilin may ayında istismara buraxılmış Azot-oksigen qurğusu üçün yeni ehtiyyat tutumlar anbarı istifadəyə verilmışdir.

Hər biri 125 metr3 olan 16 ədəd tutumunn quraşdırılması və onların mövcud sistemlə əlaqələn­di­rilməsi nəticəsində, Azot-oksigen qurğusunun dayanması hallarında, etilen istehsalatını müvafiq olaraq 20-28 saat ərzində yüksək və aşağı təzyiqli azotla təmin etmək mümkün olacaqdır.

 Həmçinin tutumların istifadəyə verilməsi ilə kompressorların işləmə müddətlərinin endirilməsi nəticəsində, onların istifadə dövrünün uzadılmasına şərait yaradılacaq, ən başlıcası isə ayda əhəmiy­yətli dərəcədə elektrik enerjisinə qənaət ediləcəkdir.

Bununla da Etilen-polietilen zavodunun istehsalat sahələrinin – «EP-300» və «Polimir-120» istehsalatların daha səmərəli, stabil və etibarlı fəaliyyəti təmin edilmiş olacaqdır.

Qeqd edək ki, tutumlar anbarını «Azərikimya» İB-nin “Kimyalayihə” İnstitutu layihələn­di­rərək, Təmir-tikinti İdarəsi tərəfindən quraşdırmışdır.

 _DSC0049 _DSC0097

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın