Menu
Geri İrəli

Azərikimya kollektivi Sumqayıtlı aktyorları təbrik etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Mart 2014 • Baxış sayı: 623 dəfə • Şərh yoxdur

Martın 14 də “Azərikimya” İB nin kollektivi başda rəhbərlik omaqla H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının yaranması günü və 45 illik yubileyi münasibətilə hər il olduğu kimi Teatrın yaradıcı kollektivi ilə görüşərək onları təbrik etmişlər.
1969-cu ildə Sumqayıtın 20 illik yubileyi ərəfəsində yaradılan və Azərbaycan drama-turgiyasının banisi Mirzə Fətəli Axundovun «Müsyö Jordan və Dərviş Məstəli şah» əsəri ilə tamaşaçılar qarşısına çıxan Sumqayıt Dövlət Musiqili Dram Teatrı ilk günlərdən etibarən bir-birindən maraqlı tamaşaları ilə sumqayıtlılar üçün sevimli bir sənət məbədinə çevrilmişdir. Sizlərin – teatrın yaradıcı kollektivinin hər bir üzvünün sənətə olan yüksək məhəbbəti və aktyor peşəkarlığı ötən 45 il ərzində dünya və Azərbaycan dramaturgiyasının klas-sik və müasir əsərləri əsasında səhnələşdirilən 200-dən artıq səhnə əsəri tamaşaçılarda teatr zövqünün formalaşmasında, ictimai-siyasi hadisələrə daha obyektiv və düşüncəli baxışın yaranmasında böyük rol oynamışdır.
Sevindirici haldır ki, kollektivin qastrol coğrafiyası təkcə Azərbaycanın bölgələri ilə məhdudlaşmır, yüksək sənətkarlıqla səhnələşdirilmiş tamaşalar MDB məkanında və xarici ölkələrdə nümayiş etdirilərək, böyük sevgi qazanmış və bir çox teatr festivallarının qalibi olmuşdur.
Ötən dövr ərzində Sumqayıt teatrının səhnəsində artıq Azərbaycan teatr sənətinin ustadları sayılan görkəmli rejissorlar və aktyorlar yetişmiş, onların əksəriyyəti «Xalq artisti», «Əməkdar artist» fəxri titullarına və “Tərəqqi” medalına layiq görülmüşlər ki, bu da hər bir sumqayıtlının qəlbində haqlı olaraq böyük qürur və iftixar hissi doğurur.
Bu gün Sumqayıt şəhərinin ictimai və sosial həyatında fəal iştirak edən «Azərikimya» İstehsalat Birliyinin kollektivi artıq dörd ildir ki, Sumqayıt Dövlət Musiqili Dram Teatrı ilə sıx əməkdaşlıq edərək, onun əksər tamaşalarının iştirakçısına və təbliğatçılarından birinə çevrilmişdir.
Sizi 45 illik yubileyiniz münasibətilə kimyaçılarımız adından bir daha ürəkdən təbrik edir, Azərbaycan teatr sənətinin zirvələrinə doğru gedən yolda kollektivin hər bir üzvünə böyük yaradıcılıq uğurları, möhkəm can sağlığı, bol-bol tamaşaçı alqışı və tamaşaçı sevgisi arzulayırıq.

1150161_705473829475886_232777746_n 1904022_705473569475912_1556595486_n 1922200_705473509475918_549058168_n 1959898_705473776142558_178405371_n 1966906_705473666142569_841091663_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın